“Yaxın zamanlarda Milli Atlasın kütləvi nəşrinə başlanacaq”
Tarix: 21.04.2014 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


“Artıq Azərbaycanın Milli Atlasının nümunə nüsxəsi hazırlanır”. Bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, AMEA-nın həqiqi üzvü Qərib Məmmədov bildirib.
Milli Atlasın yaradılması üzrə məsul katib olan Qərib Məmmədovun sözlərinə görə, artıq Milli Atlas hazırlanıb və yaxın zamanlarda işıq üzü görəcək: "Azərbaycanın Milli Atlası 1000-dən artıq xəritə, diaqram, cədvəl, izahedici mətn və s. məlumatları özündə əks etdirəcək. Bu atlasın hazırlanması və nəşr işləri ilə bağlı xəritələrin tərtibi işləri yekunlaşdırılıb. Artıq atlasın nümunə nüsxəsi hazırlanır. Ona baxılandan sonra atlasın kütləvi nəşrinə başlanacaq".
Komitə sədri qeyd edib ki, yeni atlas həm Azərbaycan, həm də xarici dillərdə olacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 20 aprel 2011-ci ildə "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında Sərəncam imzalayıb.
Komitə sədri, həmçinin qeyd edib ki, Azərbaycandakı coğrafi adların xarici ölkələrdə nəşr olunan xəritələrdə olduğu kimi əks etdirilməsi məqsədilə hazırda respublikanın coğrafi adlarının "Eurogeographics" portalında yerləşdirilməsi üçün də müvafiq işlər görülür
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info