“Qarabağnamə - Tələbələrarası İntellektual Yarışması“
Tarix: 21.04.2014 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Virtual Qarabağ İKT Mərkəzində "Qarabağnamə - Tələbələrarası İntellektual Yarışması" layihəsinin açılış tədbiri və layihənin internet üzərindən keçirilməsi üçün nəzərdə tutulan qarabagname.com internet portalının təqdimatı baş tutub.
Layihə Azərbaycan Gənclər Fondunun maliyyə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan İntellektual Oyunlar Klubu (AİOK) və Virtual Qarabağ İKT Mərkəzinin təşkilati dəstəyi ilə keçirilir.
Açılış nitqi ilə layihənin rəhbəri Çingiz Səfərov çıxış edərək bildirmişdir ki, layihənin məqsədi Qarabağın milli mədəni dəyərlərinin qorunmasında gənclərin rolunu artırmaq, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və tələbə gənclərə mövzu çərçivəsində yeni bilik və məlumatların aşılanmasından ibarətdir. O bildirib ki, layihə çərçivəsində keçiriləcək əsas oyun televiziya ilə əməkdaşlıq çərçivəsində telelayihə formatında keçiriləcək.
AİOK-un prezidenti Aydın Piriyev rəhbərlik etdiyi təşkilatın bu layihəyə dəstək olacağını və layihənin həyata keçirilməsində aktiv iştirak edəcəyini bildirib. ATGTİ rəsmisi Elvin Hüseynzadə və Virtual Qarabağ İKT Mərkəzinin nümayəndəsi Rəşad Zeynalov da həmçinin çıxış edərək layihə barəsində fikirlərini bildiriblər.
Tədbirin davamında qarabagname.com internet portalının təqdimatı baş tutdu. Bildirildi ki, sayt üzərindən tələbə gənclər online yarışmada iştirak edə bilər və eyni zamanda layihə çərçivəsində keçiriləcək əsas oyunda iştirak etmək üçün 4 nəfərlik komanda şəklində müraciət edə bilərlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info