Tələbələr İtaliya səfiri ilə görüşüblər
Tarix: 21.04.2014 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Campaolo Kutilo və xanımı Elizabetta Kutilo Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının(ATGTİ) qərargahında qonaq olublar.
ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun “Palitra”ya verdiyi məlumata görə, səfir və xanımı ilk öncə ATGTİ-nin qərargahı və əməkdaşları ilə tanış olublar. Daha sonra ATGTİ-nin sədri Şahin İsmayılov cənab Campaolo Kutilo və xanımı Elizabetta Kutiloya ATGTİ-nin fəaliyyəti haqqında məlumat verib. Campaolo Kutiloya Azərbaycan gənclər siyasətinin qazandığı uğurlardan bəhs olunub. Şahin İsmayılov qeyd edib ki, ATGTİ fəaliyyəti dövründə 500-dən çox irimiqyaslı yerli və beynəlxalq layihələr reallaşdırıb.
Səfir də ATGTİ-nin qərargahında olmağından məmnunluğunu bildirib və iki ölkə arasında olan gözəl münasibətlərdən və onların daha da inkişaf edəcəyindən söz açıb. Cənab səfir gələcəkdə səfirlik və ATGTİ arasında əlaqələrin genişlənəcəyinə inandığını və birgə layihələrin reallaşdırılmağının vacibliyini qeyd edib.
Sonda Campaolo Kutilo və xanımı Elizabetta Kutilo “Virtual Qarabağ” İKT mərkəzi ilə tanış olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info