Ölkədə BƏƏ sərmayələri əsasında 193 şirkət fəaliyyət göstərir
Tarix: 21.04.2014 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Pərakəndə və françayzinq biznesi üzrə Dəyirmi Masa keçirilib

Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində pərakəndə və françayzinq biznesi üzrə Dəyirmi Masa keçirilib. Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilmiş tədbirdə hər iki tərəfdən iş adamları iştirak edib.
Qonaqları salamlayan iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat vermiş, ölkəmizin etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu qeyd etmişdir. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq barədə danışan nazir müavini bildirib ki, ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası yaradılmış, indiyədək 20-dən çox sənəd imzalanıb. Hazırda Azərbaycanda xidmət, nəqliyyat, sənaye, tikinti, ticarət, bank və sığorta sahələrində BƏƏ sərmayələri əsasında 193 şirkət fəaliyyət göstərir. BƏƏ tərəfindən ölkəmizdə qeyri-neft sektoruna yatırılan birbaşa investisiyaların həcmi təqribən 465 milyon ABŞ dolları təşkil edir və xarici investisiya yatıran ölkələr arasında ilk beşlikdədir.
Hazırda həyata keçirilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, ölkəmizdə 2020-ci ilə qədər iqtisadiyyatın qeyri-neft sektoru hesabına iki dəfə artırılması nəzərdə tutulur. Bu istiqamətdə pərakəndə və françayzinq sahəsinin inkişafı mühüm rol oynaya bilər. Birləşmiş Ərəb Əmirliklərinin pərakəndə və françayzinq sahəsində təcrübəsinin əhəmiyyətini vurğulayan Sahil Babayev bu sahənin genişləndirilməsi və inkişafı üçün BƏƏ ilə təcrübə mübadiləsinin, həmçinin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsinin faydalı olacağını qeyd edib.
Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravi ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulamış və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib.
Dəyirmi Masada Azərbaycanda pərakəndə və françayzinq sahəsinin istiqamətləri mövzusunda təqdimat keçirilib, pərakəndə ticarət sektorunda aparıcı sahələr, Azərbaycanda və Dubayda daşınmaz əmlak bazarının inkişaf istiqamətləri, Azərbaycanda inkişaf edən istehlak bazarının françayzinq ehtiyacları, daşınmaz əmlak və pərakəndə ticarət idarəçiliyində Dubay təcrübəsi, Dubayın inkişaf etmiş brendlərinin və françayzinqlərinin Azərbaycana gətirilməsi və s. mövzularda müzakirələr aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info