MDB-nin əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçiriləcək
Tarix: 21.04.2014 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası üzrə işçi qrupunun ikinci iclası cari ilin 22-23 may tarixlərində Bakıda keçiriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qəzetimizə bildirilib.
İclasda MDB məkanında əlilliyin mövcud dinamikası, onun səbəbləri, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində mövcud vəziyyət müzakirə olunacaq. Eyni zamanda, bu sahədə normativ hüquqi bazanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması, əlilliyi olan insanların cəmiyyətin sosial həyatında fəal iştirakı üçün mövcud maneələrin aradan qaldırılması, belə şəxslərin sosial infrastrukturdan maneəsiz istifadəsinə şərait yaradılması istiqamətində aparılan işlər və s. barədə fikir mübadiləsi aparılacaq. Bu sahədə MDB ölkələri arasında qarşılıqlı məlumat və təcrübə mübadilələrinin aparılması da iclasın əsas mövzularından biri olacaq.
Qeyd edək ki, MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası üzrə işçi qrupuna Birliyə üzv ölkələrin aidiyyatı dövlət qurumlarının mütəxəssisləri və ekspertlər daxildir. İşçi qrupun ilk iclası cari ilin mart ayında Moskvada keçirilib. İclasın yekun qərarlarından biri kimi, növbəti belə iclasın Azərbaycan Respublikasında təşkil olunması qərara alınıb və bu barədə MDB İcraiyyə Komitəsinə müraciət olunub.

İlkin






 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info