Tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sistemi qurulub
Tarix: 21.04.2014 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Əlilliyin müəyyən olunması sisteminin və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsinin tam avtomatlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminin qurulması üzrə işlər artıq başa çatdırılıb.
Nazirliyin yerli Tibbi-sosial ekspert komissiyalarının (TSEK) yeni proqram təminatı ilə işləmək bacarıqlarına malik olmaları üçün Bakı şəhərində və respublikanın bölgələrində treninqlərə başlanılıb. Hazırda pilot işləri aparılan yeni proqram təminatı əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrin nəticələri barədə məlumatların TSEK-lər tərəfindən elektron yolla informasiya sisteminə daxil edilməsinə şərait yaradacaq. Vətəndaşların əlillik vəziyyətinin müəyyən olunması üçün göndəriş formalarının (88 nömrəli forma) da səhiyyə müəssisələri tərəfindən elektron məlumat mübadiləsi sistemi vasitəsilə TSEK-lərə göndərilməsi ilə bağlı tədbirlər görülür.
Yeni yaradılan informasiya sistemi əlillik təyinatı barədə aidiyyəti dövlət orqanına təqdim olunmaq üçün vətəndaşlara kağız arayışların verilməsi praktikasına da son qoyacaq. Belə ki, əlillik təyin olunması barədə müvafiq məlumatların TSEK-lər tərəfindən aidiyyəti orqanlara elektron yolla və operativ şəkildə göndərilməsi təmin olunacaq.
Əlilliyin müəyyən olunması sisteminin və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsinin tam avtomatlaşdırılması bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin aradan qalxmasına və şəffaflığın təmin olunmasına, eyni zamanda vətəndaşlara göstərilən tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə uyğun qurulmasına xidmət edir. Qeyd olunan treninqlər yekunlaşdıqdan sonra yeni sistemin tətbiqinə başlanacaq.


İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info