Saakaşvili Bakıya gəlir
Tarix: 21.04.2014 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Gürcüstanın sabiq prezidenti (2004-2013), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixeil Saakaşvili II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə aprelin 27-də Bakıya gələcək. Bu, Saakaşvilinin prezidentlik müddəti başa çatdıqdan sonra Azərbaycana ilk səfəri olacaq. Mixeil Saakaşvilinin Forum çərçivəsində “Davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac” mövzusunun müzakirə ediləcəyi sessiyada çıxışı nəzərdə tutulub. Xatırladaq ki, Mixeil Saakaşvili 2013-cü ilin mayında Bakıda keçirilmiş I Cənubi Qafqaz Forumunda da iştirak edib. O zaman gürcü siyasətçi Gürcüstan prezidenti olaraq Foruma qatılmışdı. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda 45 sabiq dövlət və hökumət rəhbərinin iştirakı nəzərdə tutulub. Ümumilikdə isə Forumda 54 ölkədən 150-dən çox ictimai, siyasi xadimin, ekspert və elm adamının iştirakı gözlənilir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”
19.04.2019
Zakir Həsənov HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info