Latviyanın sabiq prezidenti Vike-Frayberqa sabah Bakıya gəlir
Tarix: 21.04.2014 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Latviyanın sabiq və ilk qadın ölkə başçısı (1997-2007), Madrid Klubunun prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Frayberqanın sabahdan Azərbaycana səfəri başlayır. Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Vayra Vike-Frayberqa təxminən bir həftə ərzində Bakıda olub, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil edəcəyi layihələrə qatılacaq.
Qeyd edək ki, aprelin 27-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VI Beynəlxalq İdarə Heyətinin toplantısı və I Baş Assambleyası keçiriləcək. Növbəti iki gün ərzində - aprelin 28-29-da isə II Qlobal Müştərək Cəmiyyətlər Forumu baş tutacaq.
II Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilir.
Nüfuzlu ictimai, siyasi xadimlərin, elm adamlarının qatılacağı Forumda 45 ölkənin sabiq rəhbəri iştirak edəcək. Forumda əsasən açıq cəmiyyətlərin əhatə əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli, davamlı inkişaf prosesinin təmin edilməsində idarəetmə kimi mühüm məsələlər müzakirə olunacaq.

Nigar





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info