Otuz ildən sonra Rusiyanın yarısını asiyalılar təşkil edəcək
Tarix: 22.04.2014 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Rusiyada son dövrlərdə miqrasiyanın səviyyəsi ölkənin milli təhlükəsizliyini təhdid etməkdədir. Ölkənin Milli Strategiya İnstitutunun ekspertlərnin araşdırmalarına görə, bir neçə illiyə Rusiyaya pul qazanmaq üçün gələn miqrantlar sonralar burada ailə qurur, vətəndaşlıq əldə edir və sonradan öz ölkələrinə qayıtmağı bir növ “unudurlar”. Bu sahədə tədqiqat aparan institutun əməkdaşı Iqor Beloborodovun iddiasına görə, rəsmi rəqəmlərlə, gələcəkdə ölkə üçün problemlər kəsb edəcək faktiki miqrasiya arasındakı fərq, özünü son zamanlar qabarıq şəkildə göstərməkdədir.
Belə ki, Rusiyada Federal Miqrasiya Xidmətinin hesablamalarına görə, hazırda Rusiya ərazisində keçmiş SSRİ-dən "yalnız" 3,6 milyon miqrant var. Əslində, bu rəqəm reallığı əks etdirmir. Milli Strategiya İnstitutunun ehtimalına görə, onların sayı dəfələrlə çoxdur: təqribən 30 milyon. Bunu FSB də təsdiq etmək məcburiyyətindədir. Təhlükəsizlik işçilərinin bildirdiyinə görə, təkcə 1999- 2012-ci illər arasında müəyyən fərqlərlə ölkədə 27,75 mln. nəfər miqrant qeydə alınıb. Eyni zamanda, bu ərəfədə rusların özləri demoqrafik böhrana məruz qalıblar. Belə ki, son iyirmi ildə ölkədə ölüm halları doğumla müqayisədə xeyli artıb.
Bunun fövqündə ekspertlər, Sankt-Peterburq və Leninqrad rayonu ərazilərində tədqiqat aparıblar. Bölgədəki Federal Dövlət Statistika Xidmətinin ərazi üzrə əməkdaşı bildirib ki, Sankt-Peterburqda
əhalinin hər 1000 nəfərinə düşən doğum 2013-cü ildə, 2012-ci illə müqayisədə 2% artıb, həmin dövr üçün ölüm dərəcəsi 4% azalıb. 2013-cü ildə Sankt-Peterburqda doğum səviyyəsi ölüm hallarını 6,4% ötüb. Ümumilikdə, bu bölgədə ötən il doğum nisbəti ölüm dərəcəsini 1,2% ötüb. Lakin rusların bəzi bölgələrdə, xüsusən şimal-qərb federal ərazilərində ölüm halları 9,9%-i ötüb.
Belə ki, Milli Strategiya İnstitutunun alimləri ehtimal edirlər ki, əgər bu, belə davam edərsə, yaxın 30 ildən sonra - 2050-ci ilə qədər miqrantlarla yerli Rusiya əhalisinin sayı bərabərləşəcək.
Məlumdur ki, gəlmələr arasında Orta Asiya respublikalarının vətəndaşları çoxluq təşkil edirlər. Qonşu Ukrayna vətəndaşlarından fərqli olaraq, Tacikistan, Özbəkistan və ya Moldovadan gələn miqrantlar rus dilində sərbəst danışa bilməmələrinə baxmayaraq, bu dili öyrənməyə də cəhd etmirlər. Onların təhsil səviyyəsi aşağı səviyyədə olmaqla yanaşı, mədəniyyət, hətta sırf professional bacarıqları da aşağı səviyyədə olur. Bu da, öz növbəsində Rusiyanın təhsil və mədəniyyətinə müəyyən vaxt ərzində təsirsiz ötməyəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info