Sədərəkdə yeni nasos stansiyası istifadəyə verilib
Tarix: 22.04.2014 | Saat: 02:12:00 | E-mail | Çapa göndər


Əkinçiliyin inkişafını şərtləndirən əsas amillərdən biri də suvarma sistemlərinin təkmilləşdirilməsidir. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda bu sahədə də əsaslı tədbirlərin icrası nəzərdə tutulub.
Artıq muxtar respublikada dövlət proqramında müəyyənləşdirilən vəzifələr uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, Dövlət Proqramı çərçivəsində Sədərək rayonunda yeni nasos stansiyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib. Ali Məclisin Sədri yeni nasos stansiyasının istismara verilməsi münasibətilə istifadəçiləri təbrik edərək deyib ki, layihənin icrasına 5 milyon manata yaxın kredit ayrılıb. Layihədə nəzərdə tutulan tədbirlər keyfiyyətlə və qısa müddətdə başa çatdırılıb, yeni nasos stansiyası tikilib. Bu da Sədərək rayonunda əkinəyararlı torpaqların 40 faizinin dayanıqlı suvarma suyu ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, yeni nasos stansiyası hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qatılıb. Görülən bu işlər kənd təsərrüfatının inkişafına, məhsul istehsalının artmasına və əhalinin məşğulluğunun təmin olunmasına şərait yaradacaq. Yeni nasos stansiyasının tikintisi Sədərək rayonunda su təminatını yaxşılaşdıracaq. Ali Məclis Sədri Sədərək kəndində sakinlərlə görüşüb. Rayonun Qaraağac kəndinə gedən Vasif Talıbov yeni salınmış meyvə bağına və taxıl sahəsinə baxıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info