“Ölkədə BƏƏ sərmayələri əsasında 193 şirkət fəaliyyət göstərir
Tarix: 22.04.2014 | Saat: 02:24:00 | E-mail | Çapa göndər


Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində pərakəndə və françayzinq biznesi üzrə Dəyirmi Masa keçirilib. Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilmiş tədbirdə hər iki tərəfdən iş adamları iştirak edib.
Qonaqları salamlayan iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat vermiş, ölkəmizin etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu qeyd etmişdir. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq barədə dangşan nazir müavini bildirib ki, ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası yaradılmış, indiyədək 20-dən çox sənəd imzalanıb. Hazırda Azərbaycanda xidmət, nəqliyyat, sənaye, tikinti, ticarət, bank və sığorta sahələrində BƏƏ sərmayələri əsasında 193 şirkət fəaliyyət göstərir. BƏƏ tərəfindən ölkəmizdə qeyri-neft sektoruna yatırılan birbaşa investisiyaların həcmi təqribən 465 milyon ABŞ dolları təşkil edir və xarici investisiya yatıran ölkələr arasında ilk beşlikdədir.
Hazırda həyata keçirilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, ölkəmizdə 2020-ci ilə qədər iqtisadiyyatın qeyri-neft sektoru hesabına iki dəfə artırılması nəzərdə tutulur. Bu istiqamətdə pərakəndə və franzayzinq sahəsinin inkişafı mühüm rol oynaya bilər. Birləşmiş Ərəb Əmirliklərinin pərakəndə və franzayzinq sahəsində təcrübəsinin əhəmiyyətini vurğulayan Sahil Babayev bu sahənin genişləndirilməsi və inkişafı üçün BƏƏ ilə təcrübə mübadiləsinin, həmçinin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsinin faydalı olacağını qeyd edib.
Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravi ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulamış və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib.
Dəyirmi Masada Azərbaycanda pərakəndə və franzayzinq sahəsinin istiqamətləri müvzusunda təqdimat kezirilib, pərakəndə ticarət sektorunda aparıcı sahələr, Azərbaycanda və Dubayda daşınmaz əmlak bazarının inkişaf istiqamətləri, Azərbaycanda inkişaf edən istehlak bazarının françayzinq ehtiyacları, daşınmaz əmlak və pərakəndə ticarət idarəçiliyində Dubay təcrübəsi, Dubayın inkişaf etmiş brendlərinin və françayzinqlərinin Azərbaycana gətirilməsi və s. mövzularda müzakirələr aparılıb.
İlkin”




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info