Təhsil müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 22.04.2014 | Saat: 03:00:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə elan etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırma məsarisimi keçirilib.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, keçirilmiş müsabiqənin məqsədi ölkədə qarşıdakı illərdə müasir təhsil sisteminin qurulması sahəsində aparılacaq islahatların əsas strateji istiqamət və hədəflərinin məzmun və mahiyyətinin KİV vasitəsilə Azərbaycan cəmiyyətinə vaxtında və düzgün çatdırılmasına nail olmaqdan, media qurumlarının ictimaiyyətin maarifləndirilməsi işinə təşviqini stimullaşdırmaqdan ibarət olub. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov isə təhsilin cəmiyyət həyatında oynadığı rola diqqət çəkib. O, təhsil məsələlərinin işıqlandırılmasında və cəmiyyətə təqdim edilməsində KİV-lərin də olduqca mühüm missiya yerinə yetirməsini vurğulayıb. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə müsabiqə barədə iştirakçılara geniş məlumat verib. O qeyd edib ki, müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı təqdim edilib. Yazılar təhsil sektorunu əhatə edən 5 istiqamət üzrə hazırlanıb. Müsabiqəyə təqdim edilən yazıların hər biri Təhsil Nazirliyinin üç eksperti tərəfindən qiymətləndirilib. Ümumilikdə, 25 nəfər olmaqla, hər istiqamət üzrə qaliblər və həvəsləndirici yerlərin sahibləri müəyyənləşib. Müsabiqə şərtlərinə uyğun olaraq 15 nəfər əsas mükafata, 10 nəfər isə həvəsləndirici mükafata layiq görülüb. Vüqar Səfərli onu da qeyd etdi ki, müsabiqəyə ümumilikdə 29 redaksiyanın əməkdaşları qatılıb. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədrinin müavini Şaiq Əsgərov da müsabiqənin mühüm əhəmiyyət kəsb etdiyini açıqlayıb. Təhsilin inkişafı və bu sahədə görülən işlərin əhəmiyyətindən danışan Şaiq Əsgərov gələcəkdə də bu cür müsabiqələrin dəstəklənməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonda qaliblərə və həvəsləndirici mükafatlara layiq görülən jurnalistlərə diplomlar və pul mükafatlar təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info