ARGTMŞ Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinə üzv seçilib
Tarix: 22.04.2014 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa Şurasının Gənclər Siyasəti sahəsində Beynəlxalq əməkdaşlıq inkişafı çərçivəsində növbəti struktura üzv seçilib. ARGTMŞ-nın baş katibi Seymur Hüseynov Avropa Şurası Gənclərlə iş üzrə Proqram Komitəsinə üzv seçilib.
ARGTMŞ-dən verilən məlumata görə, Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsi - Avropa Şurasının gənclər siyasəti sahəsində bütün proqram və büdcələrin hazırlanmasında, onlara nəzarət etmək və monitorinq aparmaqda səlahiyyətlilik statusuna sahibdir. Eyni zamanda 16 nəfərdən ibarət Proqram Komitəsinin üzvləri Avropa Gənclər Fondunun Müşahidə Şurasının səlahiyyətlərini icra edir.
Xatırladaq ki, 10 illik aradan sonra ARGTMŞ 2013-cü ildə yenidən Avropa Şurası Gənclərlə iş üzrə Məşvərət Şurasına üzv seçilib və Avropa Şurasının Gənclər Siyasəti sahəsində qərar-verici orqanı olan Gənclərlə iş üzrə Birgə Şurada təmsil olunub. Məşvərət Şurası gənclərin tələblərini, ehtiyaclarını, görüşlərini özündə əks etdirir və Avropada gənclərin hüquqlarının qorunmasına xidmət edir.
Qeyd edək ki, ARGTMŞ-nın Avropa qitəsində əməkdaşlıq qurduğu əsas beynəlxalq qurumlardan biri olan Avropa Şurasında qitənin 47 ölkəsi təmsil olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info