“ADA” Universiteti Azərbaycanı müsabiqədə təmsil edəcək
Tarix: 22.04.2014 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


"ADA" Universiteti Azərbaycanı II Beynəlxalq Univizion Tələbə Mahnı müsabiqəsində təmsil edəcək. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, "ADA" Universiteti 14 təhsil müəssisəsinin qatıldığı III "Univiziya" Tələbə Mahnı Müsabiqəsinin qalib olaraq, Azərbaycanı II Beynəlxalq "Univision" Tələbə Mahnı Müsabiqəsində təmsil edəcək.
Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən reallaşdırılan III "Univiziya" Tələbə Mahnı Müsabiqəsinin final mərhələsi Heydər Əliyev adına Sarayda keçirilib. Gənclər və idman naziri Azad Rəhimov artıq üçüncü dəfədir ki, baş tutan "Univiziya" Tələbə Mahnı Müsabiqəsinin böyük tələbə axınını bir araya gətirdiyini qeyd edib: "Bu gün ölkədə reallaşdırılan dövlət gənclər siyasəti, istedadlı gənclərin də inkişafını dəstəkləyir. Yaradıcı, istedadlı, yeni ideyalara açıq gənclər daim diqqət və qayğı ilə əhatə olunub".
III "Univiziya" Tələbə Mahnı Müsabiqəsində iştirak etmiş 22 təhsil ocağı arasında səsvermə keçirilib. Səsvermənin yekun nəticələrinə görə, 168 xalla "ADA" Universitetinin təmsilçisi Günay Bədəlova I yerə layiq görülüb. Eyni xalı (152 xal) topladıqlarına görə Bakı Dövlət və Bakı Slavyan Universitetlərinin təmsilçiləri Əlihüseyn Quluzadə və Kəmalə Novruzova II yeri öz aralarında bölüşdürüblər. 98 xalla Azərbaycan Dövlət Neft Akademiyasının "Old Academy" qrupu III yerə sahib olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info