Kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 3% artıb
Tarix: 22.04.2014 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-mart aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 551,8 mln. manat təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,4%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3%, bitkiçilik məhsulları üzrə isə 5,5% artıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, respublikada yazlıq bitkilərin kütləvi əkininə başlanıb. Aprelin 1-nə olan vəziyyətə görə, ölkədə 120 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% çox sahədə yazlıq bitkilər əkilib. Bildirilir ki, mövsümün əvvəlindən 11,3 min hektarda dənli və dənli paxlalı bitkilər (qarğıdalı ilə), 29,5 min hektarda kartof, 25,1 min hektarda tərəvəz bitkiləri, 3,7 min hektarda ərzaq üçün bostan bitkiləri, 46,2 min hektarda çoxillik otlar, 1,8 min hektarda emal üçün şəkər çuğunduru, 2,1 min hektarda dən üçün günəbaxan əkilib. Təsərrüfatlarda yanvar-mart aylarında keçən ildəkindən 9,4% çox istixana və faraş tərəvəz məhsulları istehsal edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Qadın sahibkarlara verilən kreditlər hesabına 8500-dən çox iş yeri yaradılacaq
21.01.2019
Qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər işlənəcək
21.01.2019
Nazir: Çexiya şirkətləri Bakı-Tbilisi-Qars ilə yükdaşımalara maraq göstərir
21.01.2019
TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 760 kilometrdən çoxu qaynaqlanıb
21.01.2019
Bu vaxtadək 4200 qadın sahibkara 104 milyon manat güzəştli kredit verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info