Şahin Mustafayev: “BƏƏ ilə infrastruktur, kənd təsərrüfatı, investisiya üçün geniş imkanlar var”
Tarix: 22.04.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazir Şahin Mustafayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirilib ki, yüksək səviyyəli siyasi münasibətlər, mövcud müqavilə-hüquqi baza, Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır, Azərbaycan və BƏƏ arasında iqtisadi və ticarət əlaqələri ildən-ilə genişlənir. Dubay Ticarət və Sənaye Palatasının MDB üzrə nümayəndəliyinin məhz Bakıda açılması ölkələrimiz arasında əməkdaşlığa verilən əhəmiyyətin göstəricisidir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında iş adamları da yaxından iştirak edir və biznes dairələrin iştirakı ilə keçirilmiş pərakəndə və françayzinq biznesi üzrə dəyirmi masa yeni əlaqələrin qurulması baxımından əhəmiyyətlidir. Ölkələrimiz arasında infrastruktur, ticarət, kənd təsərrüfatı, investisiya qoyuluşu üçün geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdıran Şahin Mustafayev Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində biznes forumun keçirilməsini təklif etmişdir. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzunun artdığını, etibarlı tərəfdaş kimi tanındığını, ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını diqqətə çatdırıb.
Ölkəsində Azərbaycanla əməkdaşlığa önəm verildiyini vurğulayan Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravi Palatanın nümayəndəliyinin Azərbaycanda yaradılmasına əsas səbəb kimi ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin formalaşmasını, eləcə də Azərbaycandakı siyasi və makroiqtisadi sabitlik, davamlı iqtisadi inkişaf, əlverişli biznes və investisiya mühiti olduğunu diqqətə çatdırıb. BƏƏ nümayəndə heyətinin ölkəmizə səfəri barədə məlumat verən Hişam Al Şiravi bu dəfəki səfərin məqsədinin sürətlə inkişaf edən Azərbaycanın investisiya imkanlarının öyrənilməsi olduğunu vurğulayıb. Qeyd edilib ki, hər il Dubayda çoxlu sayda sərgilər və müxtəlif tədbirlər keçirilir və Azərbaycan iş adamları belə tədbirlərdə iştirak etməklə yeni biznes əlaqələri qura, eləcə də Yaxın Şərq bazarına çıxa bilərlər. Hişam Al Şiravi Dubay Ticarət və Sənaye Palatasının belə tədbirlərdə iştirakda Azərbaycan iş adamlarına hər cür dəstək göstərməyə hazır olduğunu da bildirib.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
13.11.2018
Oktyabrda bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info