ƏƏSMN daha 17 nəfər insan alveri qurbanına yardım göstərir
Tarix: 22.04.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu günlərdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə İdarəsi tərəfindən daxil olan məlumat əsasında 17 nəfər insan alveri qurbanına müvafiq yardımların göstərilməsinə başlayıb. Həmin şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməklə, məşğulluqlarının təmin edilməsi, lazım gəldikdə sosial yardımla təmin olunmaları da diqqətdə saxlanacaq. Cari ilin ilk rübü ərzində isə Mərkəz DİN-in Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən yönləndirilmiş 4 nəfər insan alveri qurbanına və 11 nəfər insan alverinin potensial qurbanına maddi, hüquqi-psixoloji yardımlar göstərilib, həmçinin 2 nəfəri münasib işlərlə, 2 nəfəri sosial xidmət müəssisəsində yaşayış yeri, 3 nəfəri ünvanlı dövlət sosial yardımı ilə təmin olunub.
İnsan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı cəmiyyətdə məlumatlılığın artırılması üçün Mərkəz tərəfindən ölkənin müxtəlif regionlarında maarifləndirmə tədbirləri də həyata keçirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info