İordaniyanın bir qrup dövlət rəsmisi Bakıya səfər edəcək
Tarix: 22.04.2014 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


İordaniyanın qadın məsələləri üzrə dövlət naziri Esma Xaber, İordaniya parlamentinin sədri, ölkənin sabiq hökumət başçısı Abdulrauf əl-Ravabde, eləcə də senatın bir qrup üzvü aprelin 25-də Azərbaycana səfərə gəlir. Səfərin məqsədi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməkdir. Qeyd edək ki, Forumda ən geniş nümayəndə heyəti ilə İordaniya təmsil olunur. Nümayəndə heyətinin tərkibinə İordaniya şahzadəsi Əlahəzrət Şahzadə Hassan bin Talal, İordaniya Parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Nazim Qaşou, İordaniya Baş nazirinin keçmiş müavini, hazırda İordaniya Senat Şurasının üzvü, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Azərbaycanla dostluq üzrə parlament qrupunun üzvü Mərvan əl-Hmud, sabiq nazirlər, hazırda isə senatın üzvləri Mahmud Alsaqur, Cəfər Huneiti, Saleh Rusheydat və başqaları daxildir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda 45 sabiq dövlət və hökumət rəhbərinin iştirakı nəzərdə tutulub. Ümumilikdə isə Forumda 54 ölkədən 150-dən çox ictimai, siyasi xadimin, ekspert və elm adamının iştirakı gözlənilir. 2015-ci ildən sonrakı dövrdə Minilliyin İnkişafı layihəsinə həsr edilən Forumda BMT səviyyəsində təhsil, sosial müdafiə, cəmiyyətdə qadınların rolunun artırılması sahələrində qarşıda duran məsələlər müzakirə ediləcək, ölkələrin beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş ərazi bütövlüyünün təmin edilməsi məsələsi ətrafında da geniş fikir mübadiləsi aparılacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info