Dövlət Neft Şirkətinin idarə və müəssisələrində yaz iməcilikləri davam edir
Tarix: 22.04.2014 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Respubliksa Dövlət Neft Şirkətinin (ARDNŞ) həyata keçirdiyi ekoloji siyasətə uyğun olaraq genişmiqyaslı yaz iməcilikləri davam edir. Aprelin əvvələrindən başlayaraq şirkətin idarə və müəssislərində keçirilmiş iməciliklərdə ərazilər istehsalat tullantılarından təmizlənmiş, abadlıq, yaşıllaşdırma işləri görülüb.
ARDNŞ-nin mətbuat xidmətindən bildiriblər ki, «Azərikimya» İstehsalat Birliyində (İB) keçirilmiş iməcilikdə etilen-polietilen zavodunun, “Kimyalayihə” institutunun, təmir-tikinti, nəqliyyat və xüsusi texnika idarələrinin və anbar təsərrüfatının 600 nəfər əməkdaşı iştirak edib. Etilen-polietilen zavodunun qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanması sexinin ərazisində və yeni tikilmiş tərəzinin ətrafında yaşıllıq sahələrinin genişləndirilməsinə cəlb edilən kimyaçılar iməcilik günü 800-ə yaxın ağac əkiblər. Kimyaçılar həmçinin İB-nin müəssisə və idarələrinin daxili ərazilərində əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstəriblər.
Heydər Əliyev adına Bakı neft emalı zavodunun əməkçiləri təmizlik, abadlıq işləri aparıb, ağacların dibi bellənib, əhənglənib. İməcilik zamanı yüzlərlə ağac və gül kolları əkilib. Ölkə iqtisadiyyatının inkişafında böyük rolu olan neft emalçıları zavodun ərazisini , tullantılardan təmizləyiblər.
ARDNŞ-nin ekologiya idarəsində də yaşıllaşdırma və abadlıq işləri ilə bağlı növbəti iməcilik keçirilib. İməcilik zamanı çalalar qazılıb, 100 ədəd eldar şamı əkilib, dirəklər basdırılıb. Bununla yanaşı iməcilik iştirakçıları ərazidə bir sıra abadlıq işləri apararaq 1100-dən çox ağacın dibini yumşaldıb, suvarma işləri aparılıb və sahələri alaq otlarından təmizləyiblər. Ekologiya idarəsi tərəfindən iməciliklərin növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info