Beynəlxalq təşkilatların rəhbərləri Bakıda qlobal problemləri müzakirə edəcək
Tarix: 22.04.2014 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Hazırda dünyanı narahat edən problemlər və onların həll yolları aprelin 30-da Bakıda beynəlxalq təşkilatların rəhbərlərinin toplantısında müzakirə ediləcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Dünya Elm və İncəsənət Akademiyasının təşkilatçılığı ilə “İnsan potensialnın inkişafı sahəsində yeni paradiqma” adı altında konsorsium tərəfdaşları üçün keçiriləcək hazırlıq toplantısında Madrid Klubu, Roma Klubu, İsgəndəriyyə Kitabxanası, Beynəlxalq Yaşıl Xaç Cəmiyyəti, Ümumdünya Gələcək Fondu, Mədəni Diplomatiya Akademiyası kimi təşkilatların rəhbərləri iştirak edəcək. Hazırlıq toplantısının məqsədi, bəşəriyyətin qarşılaşdığı əsas problemlərin həlli üçün yeni paradiqmanın hazırlanması, bərabər inkişaf, iqtisadiyyat, ekologiya, dövlətçilik, beynəlxalq hüquq, sülh, təhlükəsizlik kimi anlayışları əhatə edən əməkdaşlıqda maraqlı olan həmfikir təşkilatları bir araya toplamaqdır. Toplantıda, bu istiqamətdə aparılacaq tədqiqatlar üçün yanaşma və məqsədlər, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 2014-cü ilin noyabrında Bakıda keçiriləcək böyük beynəlxalq konfransın gündəliyi, atılacaq addımlar müəyyənləşdiriləcək, digər potensial tərəfdaşların tanınması kimi məsələlər müzakirə olunacaq. Qeyd edək ki, toplantı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən II Qlobal Müştərək Cəmiyyətlər Forumu çərçivəsində baş tutacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
18.05.2019
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
17.05.2019
Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüblər
17.05.2019
Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info