Müəllimlərin işə qəbulu qaydaları açıqlanıb
Tarix: 22.04.2014 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmr imzalayıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”, “Müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu” və digər müvafiq sənədlər təsdiq edilib. Əmrdə 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun keçirilməsi üçün müsabiqə və apelyasiya komissiyalarının tərkibinin təsdiq edilməsi tapşırılıb. İnsan resursları şöbəsi və İlk peşə və orta ixtisas təhsili şöbəsinin İlk peşə-ixtisas təhsili sektoruna tapşırılıb ki, ümumi təhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant yerləri təhlil etsinlər və müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələr üçün iyun ayının 1-dək müvafiq qaydada elan verilməsini təmin etsinlər. 1-10 iyun tarixlərində iş yerinin dəyişdirilməsi üzrə, 1-15 iyul tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulunu təşkil etsinlər.
İnsan resursları və Daxili nəzarət şöbələrinə müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etmək, yerli təhsili idarəetmə orqanlarının, ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərlərinə mayın 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə kağız və elektron variantda Təhsil Nazirliyinə təqdim etmək, müsabiqə nəticəsində yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılmasını təmin etmək tapşırılıb. Nazirliyin keçirdiyi müsabiqələrin nəticəsi olaraq yerini dəyişən və yeni işə qəbul olunan, həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək Təhsil Nazirliyinə yazılı məlumat təqdim olunmalıdır.
Əmrin icrasına nəzarət Aparat rəhbərinə həvalə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir
15.01.2019
Nazirlik aydınlıq gətirdi – pensiyalar yaxın bir neçə gündə ödəniləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info