“Rusiya ilk dəfə üçqat təzyiq vəziyyəti ilə üzləşib”
Tarix: 22.04.2014 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


"Rusiya Krımın birləşdirilməsi ilə əlaqədar mürəkkəb üçqat təzyiq vəziyyətinə düşüb: dünya iqtisadiyyatında qeyri-sabitlik, öz problemlərimiz və sanksiyalar". Bunu Rusiyanın Baş naziri Dmitri Medvedyev bəyan edib. Medvedyev Dövlət Dumasında hökumətin hesabatı ilə çıxış edərkən deyib:
"Bizim qərarımız güclü reaksiya doğurub. Krım eləcə də sanksiyalar adı altında həyata keçirilən siyasi təzyiq üçün bəhanə olub. Mahiyyət etibarilə, son dərəcə mürəkkəb vəziyyət yaranıb. Rusiya ilk dəfə üçqat təzyiq vəziyyəti ilə üzləşib. Bir tərəfdən, bu, haqqında danışdığım qeyri-sabit dünya iqtisadiyyatı ilə, digər tərəfdən də bir sıra ölkələrin düşmənçilik siyasəti ilə bağlıdır. Hökumət qarşımızda dayanan çağırışların və bununla bağlı baş qaldıran məsələlərin ciddiliyini çox gözəl anlayır".
Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və onlarla bir sıra tərəfdaş ölkələr Rusiyanın Krımla bağlı mövqeyinə və yarımadanın Rusiyaya birləşdirilməsinə cavab olaraq bir neçə Rusiya siyasətçisi, parlament üzvü və sahibkar barəsində sanksiyalar tətbiq edərək onların aktivlərini dondurub və onlara vizaların verilməsini qadağan edib.
Bununla birlikdə, G7 ölkələri Rusiyanı gələcəkdə Ukrayna ətrafında vəziyyətin gərginləşdirəcəyi halda onun iqtisadiyyatının bir sıra sektorlarına qarşı sanksiyalarla hədələyib. RF Xarici İşlər Nazirliyi öz tərəfindən bildirib ki, Rusiya ilə sanksiyalar dili ilə danışmaq yersiz və səmərəsizdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Rusiya hərbi kəşfiyyatının rəhbəri vəfat edib
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info