Xarici ölkələrdə təhsil almış müəllimlərə qadağa
Tarix: 22.04.2014 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Azərbaycanda xarici ölkələrdə təhsil almış müəllimlərin bəzi fənləri tədris etməsi qadağan olunub. Təhsil nazirinin əmri ilə təsdiq olunan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydalarında qeyd olunub ki, ümumtəhsil məktəblərinin tədris planında “İctimai fənlər” bölmələrində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müvəqqəti əmək müqaviləsi ilə işə qəbulu qadağandır. Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra vakant qalan, eləcə də dərs ili ərzində yaranan vakant yerlərə daimi işçi qəbul olunanadək, saathesabı və ya əvəzçilik qaydasında əmək müqaviləsi bağlanılmaqla, digər təhsil müəssisələrindən ixtisaslı müəllimlərin işə qəbuluna icazə verilir. Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.
Müsabiqənin birinci mərhələsində hər bir namizədin qiymətləndirməsi “Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları” əsasında elektron proqram təminatı vasitəsilə aparılır. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test imtahanın keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə işçi qrupları yaradılır və “Test bankı” hazırlanır. Müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin yekununa uyğun topladığı ümumi bal və III mərhələsində iştirak barədə məlumat hər bir namizədin “Şəxsi səhifə”sinə göndərilir. Müsabiqənin yekun nəticələrinə əsasən işə qəbul edilən müəllimlər müəyyənləşdirildikdən sonra onların siyahısı nazirliyin internet saytında yerləşdirilir, müvafiq siyahılar göndərişlə aidiyyəti üzrə təhsili idarəetmə orqanlarına, nazirliyin birbaşa tabeliyində olan müəssisələrə göndərilir. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və işə qəbul əmrlə rəsmiləşdirilir. Yerli təhsili idarəetmə orqanları müsabiqə nəticəsində vakant yerlərə, o cümlədən həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunanların pedaqoji fəaliyyətə başlaması barədə məlumatı sentyabrın 30-dək Təhsil Nazirliyinə təqdim etməlidir. Kənd məktəblərinə işə qəbul üçün nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və yaşı 35-dək olan gənc mütəxəssislərə şamil olunur. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info