Azərbaycan Qafqazda daha bir ilkə imza atdı
Tarix: 22.04.2014 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin(DGK) Mərkəzi Gömrük Hospitalı Azərbaycan səhiyyəsində daha bir yeniliyə imza atıb. DGK-nin mətbuat xidmətindən verilən məlumata görə Hospitalın Nefrologiya və Efferent Terapiya şöbəsində Qafqazda ilk dəfə olaraq dializ xəstələrinin müalicəsində istifadə olunan Neksadiyadializ proqramının tətbiqinə başlanılıb.
Dializ sahəsində ən mütərəqqi sistemin tətbiqi zamanı hospitala daxil olan xəstələr xüsusi çip kartlarla təmin edilir. Bu kartda əsasən pasientin və onun xəstəliyinin inkişafı haqqında məlumatlar öz əksini tapır. Müalicə zamanı aparata daxil edilən çip kart həkimlərə prosesi onlayn şəkildə izləməyə imkan verir.
Mərkəzi Gömrük Hospitalındatətbiq olunan süni böyrək cihazları dializ zamanı adekvatlıq indekslərini (KT/V və URR) izləməyə imkan yaradır. Dializ aləmində ən mürəkkəb sayılan damar yolu və resirkulyasiyanı düzgün hesablamaq üçün şöbədə yeni KritLayn (CritLine) cihazının istifadəsinə də başlanılıb.
Kritlayn cihazı prosedur zamanı xəstənin gemoqlobinini, Hematokriti, Oksigen saturasiyasını və resirkulyasiya indeksinionlayn rejimdə izləməyə imkan verir. Ondan əlavə bu cihaz ademiya sistemi ilə təchiz olunub. Ademiya sistemi onlayn rejimdə xəstənin adekvatlıq indekslərini qeyd etməyə imkan verir. Onlayn olaraq KT/V və URR indeksləri də izlənilə bilir.
Qeyd edək ki, yeni sistemin tətbiqi xəstə haqqında mütəxəssislərin daha düzgün qərar qəbul etməsini və xəstəliyin inkişafını daim müşahidə altında saxlamağa imkan verir. Sistemin tətbiqi üçün Almaniya istehsalı olan 6 ədəd xüsusi aparat alınaraq hospitalda quraşdırılıb. Bu da dializ xəstələrinin tibb elminin ən mütərəqqi üsulları ilə müalicəsinə imkan verəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22.04.2019
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info