Türkmənistanda ikili vətəndaşlar üçün yeni problemlər
Tarix: 23.04.2014 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Ötən həftə Türkmənistan Dövlət Miqrasiya Xidməti heç bir izahat vermədən, ikili vətəndaşlığı olanlara biometrik pasportların verilməsini "müvəqqəti dayandırılıb".
Ölkənin ikili vətəndaşlığı olan yerli əhalisinin, qonşu ölkələrlə yanaşı, əksəriyyətinin Türkmənistandan əlavə, Rusiya vətəndaşlığı var. Bundan əvvəl hökumətlərarası müqavilələrə uyğun olaraq, 2003-cü ilin iyununadək Rusiya vətəndaşlığı almış bütün şəxslərə Türkmənistan tərəfi pasport verirdi. Lakin bu müddətdən, yəni 2003-cü ilin iyunundan sonra ikili vətəndaşlığı olanlar üçün Türkmənistanın yeni pasportunu almaq problemə çevrilib. Problemin həllinə səbəb kimi, ölkənin miqrasiya xidməti onlardan Rusiya vətəndaşlığından imtina etməyi tələb edir. İndi miqrasiya xidməti Rusiyanın bütün vətəndaşlarına pasportların verilməsini dayandırıb. Türkmənistanda ailələr var ki, üzvlərinin bəziləri 2003-cü ilin əvvəllərində Rusiya vətəndaşlığı alsa da, ailənin digər üzvləri bu imkandan yararlana bilməyib.
Maraqlıdır ki, ölkənin miqrasiya xidmətinin rəsmi internet saytında bu haqda heç bir məlumat yoxdur. Prosesin nə vaxtadək davam edəcəyi və ya nə vaxt bərpa ediləcəyi də məlum deyil.
Məsələnin daha bir maraqlı cəhəti ondan ibarətdir ki, dövlət orqanlarının yaratdığı problemlər təkcə Rusiya vətəndaşlığı olanlara şamil edilməyib. Belə ki, Türkmənistanda kifayət qədər Əfqanıstan, İran və digər qonşu ölkə vətəndaşları ilə ailə quranlar var. İndi onlar həmin ölkələr arasında sərbəst hərəkətdən məhrum edilməklə yanaşı, onların həyat yoldaşları, eyni zamanda uşaqları da yeni türkmən parsportları ala bilmirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info