İqtisadi tərəqqi əmək bazarında keyfiyyətli işçi qüvvəsinə tələbi artırır
Tarix: 23.04.2014 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Son dövrlərdə ölkə iqtisadiyyatının yüksək inkişaf etdirilməsi ilə yanaşı, iqtisadiyyatda innovasiyaların tətbiq edilməsinə ciddi diqqət yetirilir. İnnovasiyaların tətbiq edilməsi isə birmənalı olaraq iqtisadi həyatda ixtisaslı kadrlara olan tələbatın artmasına gətirib çıxarır. Ölkə iqtisadiyyatında innovativ ideyaların tətbiqi və onların ölkəyə cəlb edilməsi ixtisaslı kadrların keyfiyyətli iş əmsalının olmasını şərtləndirir. Bu məsələdə onu da nəzərə almaq lazımdır ki, 2014-cü il Azərbaycanda Prezident tərəfindən “Sənaye ili” elan edilib. Bu məqsədlə iqtisadi sferada sənaye və iqtisadiyyatın modern tələblərə uyğun inkişaf etdirilməsi üçün intensiv dövlət tədbirləri həyata keçirilir. Ümumiyyətlə isə artıq on ildən artıqdır ki, Azərbaycanda modern dövlət quruculuğu kontekstində modern iqtisadi quruculuq prosesi gedir. Bu baxımdan iqtisadi-sosial həyatda innovativ ideyaların və texnologiyaların tətbiq edilməsi olduqca vacibdir. İnnovativ layihələrə və ixtisaslı kadrlara tələbat isə təkcə sənaye sektorunda deyil, eyni zamanda aqrar sektorda da özünü açıq şəkildə göstərməkdədir. Ölkədə yeni sənaye sektorunun formalaşması, sənaye zonalarının, məhəllələrinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, aqrar sektorda aqroparkların yaradılması gündəmdə olan məsələlərdən hesab edilir. Bütün bunlar birmənalı şəkildə həm aqrar, həm də sənaye sektorunda ixtisaslı kadrlara tələbatı artırır. Çünki istər aqroparkların yaradılması, istər sənaye zonalarının formalaşdırılması emaledici sənayenin daha öndə olması, iqtisadiyyatın xammal mərhələsindən daha çox, emaledici səviyyəyə fokuslanmasına gətirib çıxarır.

Bu da ixtisaslı kadrlara tələbatın artması deməkdir. Çünki innovativ ideyalar, aqrar sektorda və sənayedə tətbiq edilən proqramlar ixtisaslı kadrlar olmadan mümkün deyil. İxtisaslı kadrların istifadə edilməsinə tələbatın artması və onlar üçün daha çox iş yerlərinin, qapıların açıq olması onu göstərir ki, iqtisadiyyatda artıq ekstensiv metod yox, intensiv metodlar fəaliyyət göstərir. Beləliklə, ixtisaslı kadrlardan istifadə edilməsi nəticəsində daha çox gəlir əldə edilməsinə imkan yaranır. Bu da ixtisaslı kadrların daha prestijli olmasını və onlara tələbatların artmasının zəruriliyini göstərir. Sözügedən sahədə baş verən proqres nəticəsində əmək bölgüsündə struktur dəyişiklikləri baş verir, daha yeni strukturlar tətbiq olunur. Çünki bu, artıq yeni yaradılan əmək məhsuldarlığının da artması deməkdir. Əmək məhsuldarlığının olmasının əsas səbəblərindən biri də məhz ixtisaslı kadrların olmasıdır. Bu ixtisaslı kadrlar iqtisadi inkişaf, əmək məhsuldarlığının artırılması üçün baza yaradır. Əmək məhsuldarlığı ixtisaslı kadrlara tələbatı formalaşdırılr. İxtisaslı kadrlar da alternativ iqtisadi dəyərin formalaşdırılması baxımından önəmli göstəricilərdən biridir.

İqtisadi diversifikasiya ixtisaslı kadrlar
tələb edir


Qeyd edildiyi kimi, sürətli iqtisadi tərəqqi və müasir dövlət quruculuğu fonunda Azərbaycanda ixtisaslı kadrlara tələbatın son illər olduqca çox artması müşahidə edilir. Eyni zamanda sürətli iqtisadi inkişaf və Azərbaycan iqtisadiyyatının diversifikasiyası ilə əlaqədar olaraq, yaxın illərdə də ixtisaslı kadrlara tələbatın artacağı gözlənilir. Çünki iqtisadi diversifikasiya ixtisaslı kadrlar tələb edir. Diversifikasiya, əmək məhsuldarlığının artması və qeyri-neft sektorunda innovativ layihələrin həyata keçirilməsini tələb edir ki, bu da yaxın gələcəkdə Azərbaycanın artıq iqtisadi hədəflərdə ixtisaslı kadrlara ciddi yer verməsi, onların əməyindən istifadə etməklə əmək məhsuldarlığının artırılmasına imkan yaradacaq.
Azərbaycanda xüsusilə bir sıra aktual istiqamətlər üzrə ixtisaslı kadrların artırılmasına ehtiyac var. Bu sahələr isə daha çox innovasiyaların tətbiq edildiyi sektorlarla bağlıdır. Məsələn, bu barədə ölkəmizdəki mövcud reallıq onu deməyə əsas verir ki, ixtisaslı kadrlara daha çox informasiya texnologiyaları sektorunda tələbat daha yüksəkdir. İnformasiya texnologiyaları, eyni zamanda Azərbaycanın inkişaf hədəfləri üçün ən prioritet istiqamətlərdən biridir. Bununla bərabər, elektron ticarət və xidmətlərdə ixtisaslı kadrlara çox ehtiyac var. İxtisaslı kadrlar elektron ticarətin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Sənaye sektorunda və aqrar sektorda aqroparkların yaradılması ilə bağlı olaraq keyfiyyətli işçi qüvvəsinə tələbatın artması müşahidə olunur. Bu gün ümumiyyətlə, qeyri-neft sektyorunun əksər sahələrində ixtisaslı kadrlar məsələsi gündəmdədir. Keyfiyyətli kadrlar həmin sektorda inkişafı stimullaşdıran əsas faktor kimi xarakterizə edilir.
Keyfiyytətli işçi qüvvəsinin daxili potensial hesabına ödənilməsi də bu gün əsas aktual məsələlərdən biridir.

“İnnovativ sahələrdə yüksək ixtisaslı
kadrlara tələbat daha çox azərbaycanlı işçilərin hesabına ödənilir”


Bu barədə hansı strategiya yürüdülməsi məsələsinə münasibətini bildirən ekspert Vüqar Bayramov qeyd etdi ki, keyfiyyətli işçi qüvvəsinin tamamilə daxili resurslar hesabına təmin olunması mümkün deyil: “İqtisadiyyat sürətlə inkişaf etdikcə, bu cür işçilərə tələbat da eyni sürətlə artır. Bu tələbatın qısa zamanda daxili resurslar hesabına artırılması çox çətin olardı. Amma Azərbaycan dövlətinin xaricdə təhsillə bağlı proqramı bu barədə nikbinliyi daha da artırır. Hazırda isə hər yerdə olduğu kimi, Azərbaycanda da bir sıra sahələrdə xarici ixtisaslı kadrlardan yararlanılır. Amma bu barədə formalaşan müsbət tendensiyalardan biri də odur ki, son illər innovativ sahələrdə yüksək ixtisaslı kadrlara olan tələbat daha çox azərbaycanlı işçilərin hesabına ödənilməkdədir. Məsələn, diqqət etsək, burdakı xarici neft şirkətlərində də son zamanlar daha çox azərbaycanlı yüksək ixtisaslı kadrlar işə cəlb edilir. Halbuki daha əvvəllər yalnız əcnəbilər bu sahədə çalışırdılar. Bununla bərabər, ixtisaslı kadrlara tələbat yenə də qalmaqdadır. Həmçinin bu sahədə struktur dəyişiklikləri baş verir. Eyni zamanda azərbaycanlı mütəxəssislər yüksək ixtisaslı kadrlar kimi bir sıra müəssisələrdə daha çox mövqe qazanmağa nail ola biliblər”.
Ekspert bildirir ki, İKT və sair qeyri-neft sektorlarında da azərbaycanlı ixtisaslı kadrlara daha çox rast gəlinməyə başlanıb. Bu proses müsbət məcrada daha da inkişaf edir. Belə ki, həm dövlət xətti, həm də müstəqil qaydada xaricdə oxuyub, ölkəyə qayıdan məzunların sayı daha da artmaqdadır. Onlar isə əsas ixtisaslı kadr kütləsini təşkil edirlər. Eyni zamanda təhsilin keyfiyyətinin artırılması da ölkə daxilində yüksək ixtisaslı kadrların kifayət qədər formalaşmasını təmin etmiş olacaq. Bu baxımdan ixtisaslı kadrlara olan tələbatın yerli təhsil-tədris müəssisələri hesabına ödənilməsi əsas diqqət yetirilməli məqamlardandır”.
Daha bir önəmli məqam isə modern iqtisadiyyat quruculuğu fonunda biliklər iqtisadiyyatının formalaşması məsələsidir ki, bu da elmi ixtisasların iqtisadiyyata transformasiyasını nəzərdə tutur. Ümumiyyətlə, son dövrlərdə Azərbaycan elmi müxtəlif sahələr üzrə sürətli inkişaf xətti götürüb. Bununla belə, elmin iqtisadiyyata tətbiqi və bu yöndə müvafiq kadrların formalaşması da əsas aktuallıq kəsb edən məqamlardandır. Bu barədə bizə fikirlərini bildirən millət vəkili, professor Musa Qasımlı belə qeyd etdi: “Cənab Prezident İlham Əliyev elmimizin inkişafına xüsusi diqqət yetirir. Çox da uzağa getmək lazım deyil. AMEA kitabxanası və Ensiklopediya üçün yeni binaların tikintisinin aparılması, institutların maddi- texniki bazasının möhkəmləndirilməsi, Elmin İnkişafı Fondunun elmi layihələri maliyyələşdirməsi, ayrı-ayrı institutlara ayrılan vəsaitlər və sair məsələlər də bunu göstərir. Fikrimcə, hər şeydən əvvəl, elmin istehsalatla əlaqəsi gücləndirilməlidir. Elmimizə sağlam rəqabət gəlməlidir. Elmin kommersiyalaşdırılması da fayda verərdi. Bu gün biliklər iqtisadiyyatının ölkəmizdə tam formalaşdırılması və rentabelli bir sahəyə çevrilməsi olduqca aktualdır. Belə ki, iqtisadiyyatımız sürətlə inkişaf və tərəqqi edir, bu isə özlüyündə həm də yeni keyfiyyətlərə cavab verən işçi qüvvəsinin formalaşdırılmasını zəruri edir. Xüsusilə də intellektual əmək bazarının tələblərinə uyğun, yüksək ixtisaslı mütəxəssislər, elmi kadrlar yetişdirilməsi bu baxımdan günün tələbidir”.

Bu məsələdə təhsilə diqqət yetirilməli, həm də aşağı ixtisaslı fəhlə peşələri formalaşdırılmalıdır
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov da sözügedən məsələdə birinci yerdə təhsilimizin inkişaf etdirilməsini görür: “Bu məsələdə birinci məqam yüksək ixtisaslı kadrların formalaşdırılması ilə bağlıdır. Yüksək ixtisaslı kadrlarla bağlı birinci növbədə təhsili gücləndirmək, təhsildə bu sahədə nailiyyətlərə imza atmaq lazımdır. Yüksək ixtisaslı kadrların hazırlanması məsələsində hələ ki əsas diqqətimiz və gözləntilərimiz dövlətin xaricdə təhsillə bağlı proqramının realllaşdırılmasına yönəlib. Yəni yüksək ixtisaslı kadrların hazırlanmasında hələki dövlət hesabına xarici təhsil aparıcı yer tutur. Bundan başqa, bir sıra müəssisələr, məsələn Dövlət Neft Şirkətinin və sair qurumların da bu sahədə kadr hazırlığından söhbət gedə bilər.
İkinci məsələ isə aşağı ixtisaslı fəhlə peşələrinin formalaşdırılmasıdır. Bu məsələ də əslində böyük diqqət göstərilməli məqamdır. Belə ki, bir çox hallarda biz məhz aşağı ixtisaslı fəhlə peşələrinə tələbatı ödəmək üçün miqrantlara müraciət etməli oluruq. Halbuki özümüzdə bu cür fəhlə peşələrinin formalaşdırılması olduqca məqsədəuyğun olardı”.
S.Məmmədov təklif edir ki, keyfiyyətli işçi qüvvəsinə və ixtisaslı kadrlara olan tələbatı yüksək iqtisadi tərəqqi fonunda ödəmək üçün ilk növbədə təhsilə fikir vermək, xüsusilə də peşə təhsilini gücləndirmək, bu sahədə lazımi islahatlar aparmaq lazımdır.
İlkin AĞAYEV

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info