“Azərbaycan bölgədə təhlükəsizliyin və sabitliyin, iqtisadi inkişafın əsas təminatçısıdır”
Tarix: 23.04.2014 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


Volkan Bozkır: “Azərbaycan artıq beynəlxalq
miqyasda önəmli ölkələrdən biridir, dünyanın əksər inkişaf etmiş
ölkələrinin maraq dairəsindədir”


Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilib. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu görüşün xüsusi əhəmiyyət daşıdığını deyib. Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Tedo Caparidze bildirib ki, bu görüş dost, qardaş və mehriban qonşu olan üç ölkənin qanunverici orqanlarının nümayəndələrinin toplantısıdır. T.Caparidze belə görüşlərin davamlı olaraq keçirilməsinin önəmini qeyd edib. Diqqətə çatdırılıb ki, hər üç ölkənin birgə strateji əməkdaşlığı regionun inkişafı üçün çox önəmlidir. Azərbaycan bu gün bölgədə təhlükəsizliyin və sabitliyin, iqtisadi inkişafın əsas təminatçısıdır.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Volkan Bozkır qeyd edib ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan arasında münasibətlər strateji xarakter daşıyır. Hər üç ölkənin parlament nümayəndələrinin belə bir görüşünün keçirilməsi çox faydalıdır.
V.Bozkır bildirib ki, Azərbaycan artıq beynəlxalq miqyasda önəmli ölkələrdən biridir, dünyanın əksər inkişaf etmiş ölkələrinin maraq dairəsindədir. BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu müddətdə Azərbaycan çox böyük uğurlara imza atıb. Həmin müddətdə bir çox önəmli məsələlərin uğurla həllində Azərbaycan önəmli rol oynayıb. O, vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun əsas göstəricilərindən biri də Birinci Avropa Oyunlarının məhz qardaş ölkədə keçirilməsidir.
Çıxış edən Milli Məclisin deputatları bu gün Azərbaycan, Türkiyə və Gürcüstan arasında geniş spektrdə əməkdaşlığın mövcud olduğunu bildirib, bu tərəfdaşlığın təməlində möhkəm dostluq və qardaşlıq əlaqələrinin durduğunu bildiriblər. Deputatlar bu cür önəmli görüşün keçirilməsinin davamlı xarakter alacağına əminliklərini ifadə ediblər. Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə ildə iki dəfə belə toplantıların keçirilməsi barədə razılıq əldə olunub. Növbəti görüşün Gürcüstanda keçirilməsi qərara alınıb.
Sonda hər üç ölkənin parlamentləri arasında əməkdaşlığa dair protokol imzalanıb. Milli Məclis sədri Oqtay Əsədov Gürcüstan və Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin nümayəndə heyətləri ilə görüşüb. Görüşdə Oqtay Əsədov bu səfərin yeni bir ənənənin başlanğıcı olduğunu bildirib. O, nümayəndə heyətinin ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin gələcək əməkdaşlıq üçün baza yaradacağını vurğulayıb. Dərin tarixi köklərə söykənən əlaqələrdən danışan sədr deyib ki, dövlət başçılarının iradəsi ilə üç qardaş ölkə arasında əlaqələr sürətlə inkişaf edir. Siyasətin hər zaman iqtisadiyyatla bağlı olduğunu deyən Oqtay Əsədov ölkələr arasında inkişaf edən iqtisadi əlaqələri xüsusi qeyd edib. Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Volkan Bozkır Azərbaycanın təkcə regionda deyil, dünyada nüfuzunun artmasının çox sevindirici hal olduğunu qeyd edib. O, ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, Azərbaycanın çox böyük nailiyyətlər qazandığını vurğulayıb.
Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Tedo Caparidze bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə mehriban dostlar, qonşulardır və bu, hər zaman belə davam edəcək. T.Caparidze bu görüşlərin davamlı olacağını və əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini deyib. Qeyd edək ki, iclas iştirakçıları Fəxri xiyabanda ümummilli lider və akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət ediblər. Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtını seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi, həmçinin Bakı şəhərində aparılan abadlıq və quruculuq işləri haqqında ətraflı məlumat verilib.
Anar





 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Paşinyan və komandası Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq
25.03.2019
Vuçiç: Serbiya NATO üzvü olmaq istəmir
24.03.2019
Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
23.03.2019
İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür
23.03.2019
Dünya Bankı Cənub Qaz Dəhlizinə hər zaman dəstək verməyə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info