İran dəmiryolunu Azərbaycan vasitəsilə Gürcüstana birləşdirmək istəyir
Tarix: 23.04.2014 | Saat: 01:38:00 | E-mail | Çapa göndər


“İran, Azərbaycan və Gürcüstanın əlaqələrinin inkişafı və İran dəmiryolunun Azərbaycan vasitəsilə Gürcüstana birləşməsi bölgənin xeyrinədir”. Bu sözləri İran Prezidenti Həsən Ruhani dünən Gürcüstanın İrana təyin olunmuş yeni səfiri İosif Çakaşvili ilə görüşündə deyib.
İranın İRNA agentliyinin verdiyi məlumata görə, H.Ruhani deyib ki, İran öz dəmiryolunu Azərbaycan vasitəsilə Gürcüstana birləşdirməkdə qərarlıdır.
H.Ruhani bildirib ki, İran üçün Qara dənizə çıxış xüsusilə Batumi limanı vasitəsilə önəmlidir. Onun sözlərinə görə, İran qonşu ölkələrlə, xüsusilə Gürcüstanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.
Görüşdə iki ölkənin özəl sektorunun əməkdaşlığı üçün güzəştlərin tətbiqi və universitetlər arasında əlaqələrin artırılmasının zəruriliyindən danışılıb.
Qeyd edək ki, Gürcüstanın İrana təyin olunmuş yeni səfiri İosif Çakaşvili öz etimadnaməsini İran Prezidenti Həsən Ruhaniyə təqdim edib. İran rəsmiləri bundan öncə Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin 2014-cü ilin mart ayında başa çatacağını açıqlamışdılar. Yol marşrutu mürəkkəbdir və 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 15 tunelin tikintisi üzrə işlərin 70 faizi tamamlanıb. Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmiryolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info