Dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur
Tarix: 23.04.2014 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamı sürətlə icra olunur.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən bildiriblər ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri başa çatıb və indi həmin sahədə elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçməsi gündəmdədir.
Enerji təchizatı üzrə keçirilmiş tender vasitəsilə podratçı şirkət müəyyən olunmuş və ATEF şirkətlər Qrupu (Podratçı) ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında müqavilə imzalanmışdır. Bu müqavilənin icra qrafikinə əsasən, Podratçı şirkət enerji təchizatı ilə bağlı işlərə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdıraraq start vermişdir.
Layihə sənədlərinin hazırlanması 4 mərhələyə bölünmüşdür. 1-ci mərhələ Böyük-Kəsik-Gəncə sahəsi; 2-ci mərhələ Gəncə-Ucar sahəsi; 3-cü mərhələ Ucar-Hacıqabul sahəsi; 4-cü mərhələ Hacıqabul-Bakı sahəsi. Araşdırmalardan sonra 12 ədəd dartı yarımstansiyasının yeri seçilərək müəyyən edilmişdir və onların quraşdırılmasına başlanılmışdır.
Tikinti işlərini lazım olan mal-materiallarla, texniki qurğularla təmin etmək məqsədi ilə "ATEF" şirkətlər qrupunun zavodlarında dəmir dayaqlar, yüksək gərginlikli transformatorlar hazırlanmışdır.
Artıq 1-ci mərhələ üzrə Böyük-Kəsik-Gəncə sahəsində - Böyük Kəsik, Ağstafa, Düyərli və Alabaşlı dartı yarımstansiyaları tikintisi başa çatdırılıb. Burada yüksəkgərginlikli avadanlıqlar, transformatorlar, açarlar, 110 və 25 kV-luq paylayıcxı qurğular quraşdırılıb. Hazırda 2-ci mərhələ üzrə Gəncə-Ucar sahəsində layihə sənədlərinin hazırlanması başa çatmaq üzrədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info