“Bu görüş həm rəsmi, həm də qeyri-rəsmi şəkildə keçirilə bilər”
Tarix: 23.04.2014 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


“Amerika Birləşmiş Ştatları ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü yaxın gələcəkdə keçiriləcək”. Bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Səfir bu gün Bakıda keçirilən I Beynəlxalq Xəzər Enerji Forumundan əvvəl bildirib: "Bu görüş həm rəsmi, həm də qeyri-rəsmi şəkildə keçirilə bilər".
R.Morninqstar qeyd edib ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi davam edən danışıqlar prosesində aktivdir: "Hesab edirəm ki, münaqişənin həll edilməsi naminə konkret addımların müzakirəsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin müntəzəm görüşü çox vacibdir".

Səfir Azərbaycanın Əfqanıstanla bağlı məsələlərdə ABŞ-a göstərdiyi yardımı da yüksək dəyərləndirib: "Biz hər bir addımı və Azərbaycanın Əfqanıstan məsələsində göstərdiyi hər cür yardımı yüksək qiymətləndiririk. Mən belə köməyə misal olaraq bu ölkədə xidmət edən azərbaycanlı hərbçiləri göstərə bilərəm. Eyni zamanda, Azərbaycanın ərzaq və digər yüklərin nəqli baxımından oynadığı böyük tranzit rolu qeyd etmək istəyirəm. Hesab edirəm ki, beynəlxalq əməkdaşlıq Əfqanıstandan qoşunların çıxarılmasından sonra da davam edəcək".

İqtisadi məsələlərə də toxunan Morninqstar ABŞ-dan Avropaya maye qazın nəqlinin Azərbaycan qazının Avropa bazarlarına ixracına heç bir təsir göstərməyəcəyini bildirib.
Diplomat qeyd edib: "Biz Avropaya ABŞ-dan maye qazın çatdırılması məsələsini fikirləşirik ki, bu da Azərbaycandan qaz ixracatına heç bir təsir göstərməyəcək".
Səfirin sözlərinə görə, müxtəlif mənbələrdən Avropaya qaz nəqlinin şaxələndirilməsi onun "mavi yanacaq"la təchiz olunmasının etibarlılığını təmin edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib
19.11.2018
“Azərbaycan dövləti hər zaman diasporun yanındadır”
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info