İspaniya Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdır
Tarix: 23.04.2014 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


"İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsiya-Marqalyo ölkə rəhbərliyinin Azərbaycanla qarşılıqlı maraq doğuran bütün sahələrdə açıq siyasi dialoqu və ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə hazır olduğunu təsdiqləyib". Bu barədə İspaniya XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların yekunu üzrə keçirilən brifinqdə bildirib.
İspaniyalı nazir Azərbaycanın regionda vacib ölkə olduğunu bildirib.
İspaniya Azərbaycanla əməkdaşlığa marağı nəzərə alaraq Bakıda nümayəndəlik açır.
İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması haqqında razılaşma da mövcuddur.
İspaniyalı nazirin sözlərinə görə, görüşdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri, beynəlxalq məsələlər müzakirə olunub.
E.Məmmədyarov bildirib ki, İspaniya ilə Azərbaycan arasında münasibətlər elə də lazımi səviyyədə deyil, amma onların inkişafı üçün perspektivlər var. Onun sözlərinə görə, siyasi münasibətlər yaxşı səviyyədədir, İspaniya Dağlıq Qarabağ məsələsində bizi həmişə dəstəkləyib:
"Həmkarımla görüşdə regional əməkdaşlıq və Ukraynadakı vəziyyəti müzakirə etdik. Azərbaycan habelə İspaniya şirkətlərini Azərbaycanla əməkdaşlığa çağırıb".
O bildirib ki, İspaniya Bakı-Tbilisi-Qars dəmiryol layihəsinə də maraq göstərir.
E.Məmmədyarovun sözlərinə görə, iki ölkə həmçinin üçüncü ölkələrə - Afrika ölkələrinə birgə yardım göstərməklə bağlı razılığa gəliblər.
Görüşdə tərəflər Azərbaycanla İspaniya arasında ikiqat vergitutmadan yayınmaq haqqında konvensiyanı imzalayıblar. Sənədi iki ölkənin xarici işlər nazirləri imzalayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Tural Gəncəliyev: “Paris görüşü irəliləyişin əldə olunmasına ümidlərimizi artırır”
15.01.2019
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
15.01.2019
Gürsel İsmayılzadə Yaponiyada səfir vəzifəsindən geri çağırılıb
15.01.2019
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
15.01.2019
Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info