“Əqli mülkiyyət hüquqlarının qeyri-qanuni istifadəsinə daim təhdidlər var”
Tarix: 23.04.2014 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


“Azərbaycanda əqli mülkiyyət hüquqlarının, mədəni irsin qorunması Dövlət Gömrük Komitəsinin qarşısında duran mühüm vəzifədir”. Məlumata görə, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş "Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Ş.Bağırov bildirib ki, əqli mülkiyyət hüquqlarının qorunmasına, onun pozulmasına, qeyri-qanuni istifadə edilməsinə daim təhdidlər var.
Bunun həm mədəni irsin qorunması sahəsində, həm də iqtisadi mühitdə baş verdiyini deyən Ş.Bağırov qeyd edib ki, beynəlxalq ticarətdə, məhsullarda, onların etiketlərində bəzi coğrafi göstəricilər bizim regionlarımızın, rayonlarımızın adı təhrif olunaraq başqa ölkələrin adı altında verilir: "Bu məsələyə qarşı ciddi olmalı və gələcəkdə bu sahədə işimizi daha mükəmməl şəkildə aparmalıyıq. Daima mədəni irsin, müəllif hüquqlarının qorunmasında lazımi işlər həyata keçirilməli və əməkdaşlıq əlaqələri genişləndirilməlidir. Bu istiqamətdə qarşıda çoxlu mühüm vəzifələr durur".
Sədr müavini əlavə edib ki, Dövlət Gömrük Komitəsinin fəaliyyəti və məsuliyyəti sərhədlərdə mədəni irsin qorunmasına yönələn bir fəaliyyətdir. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi və onun yerli orqanlarının gördüyü işlər nəticəsində dövlət sərhədindən keçirilən əşyaların saxlanmasında, qeyri-qanuni formada onun istifadəsinin qarşısının alınmasında müəyyən nailiyyətlər var: "Mədəni irsin qorunması bizim fundamental fəaliyyətimizdir. Digər tərəfdən hesab edirik ki, dövlət qurumlarının bu sahədə əməkdaşlığı vacibdir".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info