Azərbaycana narkotika keçirmək istəyənlərlə bağlı cinayət işi açılıb
Tarix: 23.04.2014 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidməti qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən şəxslərlə bağlı cinayət işi açıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, aprelin 12-də Horadiz Sərhəd Dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən naməlum şəxs aşkarlanıb. Sərhəd pozucusu müqavimətlə rastlaşıb geri qaçıb. Sərhəd pozucusunun hərəkət marşrutu üzrə ərazidə axtarış tədbirləri keçirilib. Nəticədə 3 kq-a yaxın külli miqdarda narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.
Bundan başqa, aprelin 15-də Göytəpə Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən 3 nəfər DSX-nin hərbi qulluqçuları tərəfindən aşkarlanıb. Sərhəd pozucuları müqavimətlə rastlaşıb geri qaçıblar. Keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə külli miqdarda narkotik vasitələr aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 318, 206, 234-cü maddələri ilə cinayət işləri başlanılıb. Hazırda həmin cinayət işləri üzrə cinayətin iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədi ilə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info