Azərbaycan musiqiçiləri Misir səhnəsində
Tarix: 23.04.2014 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Qahirədəki "Səlahəddin" qəsr kompleksinin səhnəsində illik Beynəlxalq zərb alətləri və ənənəvi incəsənət festivalı ("The International Festival for Drums and Traditional Arts "Drums Dialogue for Peace") keçirilir. Misirin Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmiş festivalda Azərbaycan musiqiçiləri böyük müvəffəqiyyətlə çıxış ediblər. Bu haqda “Misirdəki Azərbaycan diasporu” təşkilatının sədri Ramil Nemətoğlu qəzetimizə məlumat verib.
Aprelin 19-da başlamış və 25-dək davam edəcək beynəlxalq festivalda Azərbaycan ilə yanaşı, dünyanın 20-dən çox ölkəsindən musiqiçilər iştirak edirlər.
Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri Pərvin Əfəndiyeva, Gülnar Həşimova (xanəndə), Elşən Tahirov (tar), Qönçə Mehdiyeva (kamança), Zəminə Babayeva (kanon), Elnur Hüseynov (balaban), Mehman Xaliqzadə (nağara), Qurban Abbasovun (zərb) daxil olduğu "Əhsən” instrumental ansamblı tamaşaçılara koloritli Azərbaycan milli musiqisini təqdim edib.
Tamaşaçılar Azərbaycan musiqiçilərinin ərəb dilində çıxışını və "Sarı gəlin" xalq mahnısını böyük maraqla qarşılayıb, onları ürəkdən alqışlayıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşasının məşqləri davam edir
22.11.2019
Rus yazıçısı növbəti mahnısını da Azərbaycana həsr edib: VİDEO
22.11.2019
Müstəqil Şah Mat Teatrı Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində tamaşa oynayacaq
22.11.2019
Yeni kukla teatrı açılıb
22.11.2019
Bakıda keçiriləcək üçüncü Beynəlxalq Tanqo Festivalının proqramı zəngindir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info