“Gömrük orqanları savadlı və peşəkar kadrlarla təmin olunub”
Tarix: 23.04.2014 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


“Xəzər regionu neft-qaz resurslarının zənginliyi, Azərbaycanın qeyri-neft sektorunun inkişafı ilə bağlı gömrük orqanlarının üzərinə ağır vəzifələr qoyur”.
Məlumata görə, bunu bu gün keçirilən I Xəzər Enerji Forumunda Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
A. Əliyev qeyd edib ki, gömrük orqanları bir tərəfdən xarici ticarətlə bağlı proseduraların sadələşdirilməsinin sürətləndirilməsi sahəsində işlər görməli, həm də dünyada baş verən proseslərlə bağlı çirkli pulların yuyulması və terrorçuluqla mübarizə aparmalıdır: “Bu da eyni zamanda həyata keçirilən əməliyyatlara nəzarətin daha da gücləndirilməsi funksiyaları da həyata keçirilməlidir. Gömrük Komitəsinə gömrük statistikasının aparılması və cinayətkarlıqla mübarizə kimi əsas funksiyalar verilib”.
Komitə sədri deyib ki, hər bir sahədə olduğu kimi gömrük xidmətində də işlərin müvəffəqiyyətli təşkili üçün ilk növbədə normativ bazanın qorunması əsas vəzifələrdən biridir: “Artıq Avropa İttifaqının maliyyə dəstəyi və BMT-nin “İnkişaf Proqramı” ilə birgə həyata keçirdiyimiz layihələrdən biri də dünya standartlarına əsaslanan Gömrük Məcəlləsinin hazırlanmasıdır. Bununla bağlı 59 sənəd hazırlanaraq qəbul olunub”.
Komitə sədri əlavə edib ki, son illər ərzində bütün sərhəd-keçid məntəqələri müasir standartlara cavab verən texnologiyalarla yenidən qurulub: “Həm qanunvericiliyin olması, həm də maddi-texniki bazanın yenilənməsi sayəsində gömrük orqanları savadlı və peşəkar kadrlarla da təmin olunub”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info