Azərbaycanda köhnə avtomobillərin utilizasiyası məsələsinə baxılmır
Tarix: 23.04.2014 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


“Avro-2 ekoloji standartından birbaşa Avro-4 standartına (Avrо-3 standartına keçmədən) keçid istisnasız olaraq avtomobillərdən zərərli maddələrin atmosferə atılması tələblərinin sərtləşdirilməsi ilə bağlıdır”. Bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Sertifikatlaşdırma və Standartlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib.
Onun sözlərinə görə, Avro-4 ekoloji standartının tələbləri Avro-3 ekoloji standartının tələblərindən təqribən 50 faiz sərtdir.
S.Abdullayev həmçinin köhnə avtomobillərin utilizasiyası və onların sahiblərinə kompensasiyaların verilməsi məsələsinə də aydınlıq gətirərək bildirib ki, bu gün müvafiq dövlət proqramının hazırlanması məsələsinə baxılmır.
Bununla yanaşı, onun sözlərinə görə, bu məsələyə gələcəkdə baxıla bilər.
İnstitut rəhbəri deyib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 100-ə yaxın yeni standart hazırlayıb və onlar aprelin sonunadək dövlət qeydiyyatına təqdim ediləcəklər.
Dövlət Komitəsi Sumqayıt Texnologiyalar Parkının Texniki Komitəsi ilə birlikdə dörd standart (naqillər və borular üzrə) hazırlayıb ki, onlar artıq dövlət standartı kimi qəbul edilib: "100 yeni standarta gəlincə, onlar bilavasitə neft emalı zavodunun tikintisi ilə bağlıdır və mayın sonunadək dövlət qeydiyyatına təqdim ediləcək".
S.Abdullayev qeyd edib ki, ümumilikdə SMPDK 500-ə yaxın yeni standart hazırlamaq niyyətindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info