Sosial Müdafiə Nazirliyinə 103 nəfər işçi lazımdır
Tarix: 23.04.2014 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 99 vəzifə üzrə 103 vakant yeri müsabiqəyə çıxarıb. Nazirlikdən verilən məlumata görə, son vaxtlar nazirliyin fəaliyyətinin gücləndirilməsi və şəffaflığın təmin olunması məqsədilə aparılan işlərin tərkib hissəsi kimi öz vəzifə funksiyalarını düzgün yerinə yetirməyən və dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun olmayan hallara yol verən əməkdaşlar vəzifələrindən azad ediliblər. Bununla əlaqədar dövlət qulluğunun inzibati vəzifələri üzrə yeni vakant yerlərə layiqli kadrların cəlb olunması məqsədilə nazirlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq daha da gücləndirilib.
Belə ki, bir müddət öncə Komissiyanın keçirdiyi müsabiqələrdə və müsahibə mərhələlərində uğur qazanmış, Komissiyanın ehtiyat kadrlar siyahısında olan iqtisadçı və ya hüquqşünas ixtisaslarına malik namizədlər barədə məlumatlar alınıb. Məlumatlar əsasında 35 nəfər gənc nazirliyə dəvət olunaraq, onlara müvafiq vəzifələr təklif edilib. Onlardan sosial müdafiə sahəsində işləmək qabiliyyəti olan 16 nəfər gənc öz seçimlərinə uyğun olaraq rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində inzibati vəzifələr üzrə vakant yerlərə təyin edilib.
Qeyd edək ki, müsabiqəyə çıxarılan vakant vəzifələrin siyahısı və müsabiqədə iştirak şərtləri ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın saytında (www.dqmk.gov.az), həmçinin nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) tanış olmaq mümkündür.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info