Prezident İspaniyaya səfərə dəvət edilib
Tarix: 23.04.2014 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev aprelin 23-də İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Xose Manuel Qarsia-Marqalyonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. İspaniyanın Baş naziri Mariano Raxoy Breylə Vilnüsdəki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev görüş zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardığını deyib. Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olmasının önəmini qeyd edib.
Nazir Xose Manuel Qarsia-Marqalyo İspaniya Kralı Xuan Karlosun və Baş nazir Mariano Raxoy Breyin salamlarını dövlət başçısına çatdırıb. O, İspaniyanın Baş naziri Mariano Raxoy Breyin Azərbaycan Prezidentinin İspaniyaya səfərə dəvəti ilə bağlı məktubunu Prezident İlham Əliyevə təqdim edib. İspaniyalı nazir ölkəsinin Baş naziri Mariano Raxoy Breyin öz növbəsində Azərbaycan Prezidenti ilə Vilnüsdəkı görüşünü məmnunluqla xatırladığını deyib. İspaniya xarici işlər nazirinin ölkəmizə ilk səfərinin olduğunu vurğulayan Xose Manuel Qarsia-Marqalyo əlaqələrimizin genişləndirilməsi baxımından səfərin önəmini qeyd edib.
Dövlət başçısı İspaniya Kralı Xuan Karlosun və Baş nazir Mariano Raxoy Breyin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İspaniyanın Kralına və Baş nazirinə çatdırmağı xahiş edib.




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Culfa–Ordubad yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalanıb
22.11.2019
İlk dəfə olaraq kənd təsərrüfatı sahəsi üzrə qrant müsabiqəsi elan edilib
22.11.2019
Doqquz ayda Azərbaycana 371 avtobus gətirilib
22.11.2019
Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı Sərəncam imzalandı
22.11.2019
Kişilərin qadınlar tərəfindən zorakılığa məruz qalması ilə bağlı iki dəfə mənə müraciət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info