Yaponiyanın səfiri Naxçıvan Dövlət Universitetində
Tarix: 23.04.2014 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub, universitetin strukturu, maddi-texniki bazası, buradakı tədris prosesi ilə yaxından tanış olubdur. Səfir Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki tədris və elmi-tədqiqat yönlü laboratoriyalarda və muzeylərdə, Memarlıq və mühəndislik fakültəsindəki Memarlıq və incəsənət tarixi kabinəsində, fakültə tələbələrinin əl işlərinin nümayiş olunduğu sərgi salonunda, laboratoriyalarda, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində fəaliyyət göstərən Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzlərində, “Diplomatiya” kabinəsində, Tərcümə tədris mərkəzində olub. Rəsmi qəbul zamanı universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov bildirib ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində 108 hektarlıq ərazidə müasir tipli, dünya standartları səviyyəsinə cavab verə biləcək bir universitet qurulub. Qeyd olunub ki, dünya təhsilinə inteqrasiya yolu tutan universitetin beynəlxalq əlaqələri günbəgün genişlənməkdədir. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olan bu ali məktəbdə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. Universitet bir çox beynəlxalq layihədə uğurla təmsil olunur. Tələbə mobilliyinin artırılması nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini müxtəlif ölkələrdə davam etdirirlər. Bildirilib ki, universitetdə beynəlxalq münasibətlərin, müxtəlif xarici dillərin tədrisinə böyük əhəmiyyət verilir.
Səfir Tsuquo Takahaşi ölkələrarası münasibətlərin möhkəmlənməsində elm, təhsil sahəsində əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb, muxtar respublika haqqında yüksək təəssüratlarını bölüşüb. Gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsi zamanı universitetlər arası əməkdaşlığın genişləndirilməsində birgə layihələrin əhəmiyyəti önə çəkilib, yaponiyalı diplomat bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info