ABŞ vitse-prezidenti Cozef Bayden Ukraynaya 50 milyon dollar vəd edib. Britaniya siyasi jurnalı “Politics First” jurnalının redaktoru Markus Papadopulosun fikrincə bu onu göstərir ki, Ukrayna xalqının rifahı Vaşinqtonu maraqlandırmır. Markus Papadopulos RT telekanalına müsahibəsində bildirib ki, çox çətin iqtisadi və siyasi durumu olan ölkə üçün bu rəqəm olduqca azdır. Ekspert hesab edir ki, Ukrayna ABŞ üçün olsa-olsa bir “peşka”dır. Bu “peşka”nı isə Rusiyaya qarşı istifadə etmək istəyirlər. O bildirib ki, 50 milyon dollar da “dənizdə bir damcıdır”.
“RİA novosti”nin yaydığı məlumata görə isə bu vəsait siyasi və iqtisadi islahatları, və Ukrayna ilə ABŞ arasındakı əməkdaşlığı möhkəmləndirmək üçün ayrılıb.
Tural
|