“Qondarma “erməni soyqırımı” və tarixi həqiqətlər”
Tarix: 23.04.2014 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qondarma “erməni soyqırımı” və tarixi həqiqətlər” mövzusunda elmi sessiya keçirildi. Sessiyanı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva qeyd etdi ki, qonşu xalqın qondarma «erməni soyqırımı» nı dünya xalqlarına həqiqət kimi tanıtdırmaq üçün geniş miqyaslı fəaliyyət apardığı bir zamanda Azərbaycan xalqı əsl həqiqətləri, «erməni soyqırımı»nın uydurma olduğunu, əsl həqiqətin ermənilərin ötən əsrin müxtəlif dövrlərində azərbaycanlılara qarşı soyqırımı, talanları həyata keçirməsi olduğunu dünyaya ictimaiyyətinə çatdırmalıdır. G.Baxşəliyeva bütün bu həqiqətləri üzə çıxaran faktları aşkarlayaraq geniş ictimaiyyətə çatdırmaq sahəsində Şərqşünaslıq İnstitutunda aparılan işlərdən danışdı, Arazın hər iki tayında ermənilərin törətdiyi soyqırımlar barədə həqiqətlərdən bəhs edən və İranda nəşr olunan kitabların tərcümə edildiyini, Bakıda, Qubada, Şamaxıda 1918-ci ildə törədilən soyqırımı, talanlarla bağlı rəsmi sənədlərin aşkarlanaraq, kitab şəklində bir neçə dildə dünya ictimaiyyətinə çatdırıldığını bildirdi və bu sahədə işlərin yenə də davam etdirildiyini vurğuladı.
Şərqşünaslıq İnstitutu «Türkiyə tarixi və iqtisadiyyatı» şöbəsinin baş elmi işçisi, iqtisadiyyat üzrə elmlər doktoru İnqilab Əlibəyov tədbirdə «1915-ci ildəki qondarma «erməni soyqırımı»na münasibət» mövzusunda məruzə etdi. İ.Əlibəyov məsələnin mənşəyi, mahiyyəti və müasir təzahür formalarından danışaraq, ermənilərin bu məsələni gündəmdə saxlamaq üçün göstərdiyi fəaliyyətdən söz açdı. Məruzəçi çıxışında qondarma «erməni soyqırımı»nın uydurma olduğunu konkret faktlarla diqqətə çatdırdı. Hadisələrdən sonra illər keçdikcə ermənilərin qətlə yetirilməsi ilə bağlı uydurma rəqəmlərin şişirdərək, 1,5 milyon nəfərə çatdırdığını söyləyərək, hətta Britaniya ensiklopediyasında Birinci Dünya müharibəsi ərəfəsində Türkiyədə yaşayan ermənilərin sayının cəmi 1,3 milyon nəfər olduğunu diqqətə çatdırdı və elə bu faktın özünün ermənilərin gətirdikləri faktların həqiqətə uyğun olmadığını təsdiqlədiyini bildirdi. Əslində isə ermənilərin Türkiyədə kütləvi dəfninə aid heç bir faktı üzə çıxara bilmədiklərinin və bunun da, onların təbliğatlarında söylədiklərinin heç bir əsası olmadığını göstərməsini qeyd etdi. İ.Əlibəyov bütün bu məsələlərin tarixçilərin, elm adamlarının iştirakı ilə həllini tapmalı olduğunu bildirdi.
Şərqşünaslıq İnstitutunun «Din və ictimai fikir tarixi» şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova «soyqırımı» kəlməsinin mahiyyətindən söz açaraq, bu hadisələri soyqırımı adlandırmağın tamamilə yanlış olduğunu bildirdi. Konkret tarixi faktları diqqətə çatdıran E.Həsənova ermənilərin həmin dövrdə apardıqları məkrli siyasəti ifşa edən məlumatları diqqətə çatdırdı.
“1918-ci ildə Cənubi Azərbaycandakı ermənilərin törətdiyi soyqırımı haqqında” mövzusunda çıxış edən Şərqşünaslıq İnstitutu «Cənubi Azərbaycan tarixi» şöbəsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Bije həmin dövrdə Cənubi Azərbaycanın qərb bölgəsində erməni daşnaklarının asorularla birlikdə törətdikləri qırğınlardan danışdı. 1918-ci ilin fevralından başlamış və həmin ilin iyun ayında türk ordusunun köməkliyi ilə Xoy şəhərinin mühasirədən qurtarması ilə başa çatmış bu hadisələrdə rəsmi məlumatlara görə 150-200 min nəfər arasında azərbaycanlı qətlə yetirilmiş, minlərlə ev, mağaza talan edilmiş, çoxsaylı zorakılıqlar, cinayətlər həyata keçirilmişdir. Daha sonra Şərqşünaslıq İnstitutunun “Şərq-Qərb” şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev, «Türkiyə tarixi və iqtisadiyyatı» şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova və başqaları çıxış edərək, ermənilərin türk xalqlarına qarşı törətdiyi qırğınları və apardıqları məkrli siyasəti pislədilər.
Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirinin mədəniyyət və turizm üzrə müşaviri Seyid Ahmet Arslan çıxış edərək, ermənilərin qondarma soyqırımını dünya ictimaiyyətinə tanıtdırmaq cəhdlərindən danışdı, Türkiyə və Azərbaycan dövlətlərinin bu təbliğata qarşı apardığı fəaliyyətdən, atılan addımlardan söz açdı. Sessiyadakı elmi məruzə və çıxışları çox yüksək dəyərləndirən diplomat, tədbiri təşkil etdiyinə görə Şərqşünaslıq İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirdi.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info