Elman Mehdiyev Gəncədə vətəndaşlar üçün qəbul keçirib
Tarix: 23.04.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Gəncədə vətəndaşlar üçün qəbul keçirib. Qəbulda Gəncə şəhərindən və digər 8 rayondan olan 35-dək vətəndaşın müraciətlərinə baxılıb. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev aprelin 23-də DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə şəhərinin və Yevlax, Naftalan, Samux, Göygöl, Goranboy, Xocalı, Daşkəsən, Kəlbəcər rayonlarının sakinlərini qəbul edib. Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, qəbulda iştirak edənlərin Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub. Məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 35-dək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə öncədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin vətəndaşlarla görüşü zamanı sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib. Qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görülüb, eləcə də fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb. Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını vurğulayaraq, onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradılıb
20.11.2019
Dini turizm haqqında ilk nəşr
20.11.2019
Yeni Azərbaycan Partiyası mübarizələrlə dolu şərəfli yol keçib
20.11.2019
Şeyxülislam ABŞ səfiri ilə görüşdə ermənilərin dini liderinin razılaşmalara əməl etmədiyini bəyan edib
20.11.2019
Dövlət Gömrük Komitəsi və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info