Çinlə informasiya əlaqələri genişlənir
Tarix: 23.04.2014 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Çin Xalq Respublikasının “Global times” qəzetinin baş redaktoru, tanınmış jurnalist Hu Xijinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub.
Agentliyin baş direktoru Aslan Aslanov AzərTAc-ın yaranma tarixi, keçdiyi inkişaf yolu və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın inkişaf yoluna çıxdığından, Ulu Öndərin AzərTAc-a diqqət və qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlardan danışan baş direktor vurğulayıb ki, son illər Azərbaycanın nüfuzu dünyada xeyli yüksəlmiş, respublikamız regionun lider dövlətinə çevrilıb. Bu uğurlar artıq dünya informasiya məkanına çıxmış AzərTAc-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar açıb.
AzərTAc ilə Çinin Sinxua agentliyi arasında sıx əlaqələrin olduğunu söyləyən A.Aslanov hər iki qurumun nüfuzlu beynəlxalq informasiya təşkilatlarında uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarların qəbulunda Sinxua agentliyinin AzərTAc-a dəstəyi xüsusi vurğulanıb.
Azərbaycanın siyasi sabitliyi, demokratiyanı və tolerantlığı özündə birləşdirən nadir ölkələrdən biri olduğunu vurğulayan “Global times” qəzetinin baş redaktoru Hu Xijin respublikamızın bu sahədə bir çox dövlətə nümunə ola biləcəyini qeyd edib. O, rəhbərlik etdiyi qəzetlə AzərTAc arasındakı əməkdaşlıq və xəbər mübadiləsi imkanlarından danışıb.
Qonağın diqqətinə çatdırılıb ki, bu yaxınlarda AzərTAc-da Çin dilində xəbərlər buraxılacaq. Bu baxımdan AzərTAc ilə Çin KİV-ləri, o cümlədən “Global times” qəzeti ilə əməkdaşlıq əlaqələrinin önəmi vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN
25.11.2020
Erməni vandalizmi bəşəriyyətə qarşı soyrırımıdır
25.11.2020
Erməni deputatın açıqlamasına Çavuşoğludan sərt cavab
25.11.2020
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - Rəsmi cavab
25.11.2020
Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info