Akademiyada Türkmənistan səfiri ilə görüş
Tarix: 23.04.2014 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli və Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov arasında görüş keçirilib. Akademik İsa Həbibbəyli AMEA-nın tarixi, akademiyada davam edən uğurlu islahatlar, müxtəlif elmi istiqamətlər üzrə görülən işlər, xüsusilə də humanitar elmlər sahəsində aparılan elmi tədqiqatlar barədə ətraflı məlumat verib. Akademik İsa Həbibbəyli son zamanlar dünyanın bir sıra elmi qurumları ilə sıx əlaqələr yaradıldığını önə çəkərək AMEA rəhbərliyi tərəfindən Türkmənistanla da əməkdaşlığa böyük önəm verildiyini, bu əlaqələrin əhəmiyyətini qeyd edib. Bir sıra elmi istiqamətlər üzrə Azərbaycan və Türkmənistan alimlərinin müştərək fəaliyyət göstərməsini məqsədəuyğun hesab edən akademik ölkələrimiz arasında elm sahəsində də həlli vacib məsələlər barədə geniş bəhs edib. May ayında böyük türkmən şairi Məhdimqulu Fəraqinin anadan olmasının 290 illiyi ilə əlaqədar Aşqabad şəhərində keçiriləcək beynəlxalq konfransda Azərbaycanın da yüksək səviyyədə təmsil olunacağını, bu məqsədlə nümayəndə heyətinin üzvləri tərəfindən bir sıra elmi məruzələrin hazırlandığını vurğulayan vitse-prezident xalqlarımız arasında qarşılıqlı əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin vacibliyini bildirib. Akademik İsa Həbibbəyli bildirib ki, rəhbərlik etdiyi Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən türk xalqları ədəbiyyatı coxcildliyi hazırlanır ki, bir cildin də türkmən ədəbiyyatının, qardaş xalqın görkəmli ədəbi simalarının həyatı və yaradıcılığının əhatə edilməsi nəzərdə tutulub.
Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov səmimi görüşə görə akademiya rəhbərliyinə təşəkkürünü ifadə edib, iki ölkə arasında qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi istiqamətində yaradılan elmi əməkdaşlığın boyük əhəmiyyətindən danışaraq bu məqsədlə geniş tədbirlər planı, birgə layihələr hazırlanmasının gərəkli olduğunu, bir sıra müqavilələrin bağlanmasının vacibliyini bildirib. Səfir qeyd edib ki, bu istiqamətdə elmi-ədəbi əlaqələrin qurulması da mühüm əhəmiyyət kəsb edir və qarşılıqlı olaraq monoqrafik tədqiqatların aparılması, bədii əsərlərin tərcümə və nəşri xüsusi dəyərə malikdir. Mədəniyyət, tarix, milli-mənəvi dəyərlər baxımından Azərbaycan və türkmən xalqlarının tarixi bağlılığını xüsusi vurğulayan səfir iki ölkə arasında bir çox sahələrdə olduğu kimi, elmi əməkdaşlıqda da mühüm nəticələr əldə ediləcəyinə əminliyini bildirib.
Görüşdə qarşılıqlı elmi əməkdaşlıq üzrə yaxın zamanlarda bir sıra tədbirlərin həyata keçirilməsi məqsədilə həlli vacib məsələlərdən ətraflı danışılıb, iki ölkə arasında elmi əlaqələrin inkişaf etdirilməsi üçün birgə səylərin göstərilməsi barədə razılıq əldə edilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Yunanıstanda “Azərbaycan günləri“ adlı silsilə tədbirlər keçirilib
20.05.2019
…Hər sözdə vətən axtaran soydaşımız
20.05.2019
CASCFEN Şəkidə seminar keçirib
20.05.2019
Azərbaycan SPBIF-da öz fəaliyyətini genişləndirəcək
20.05.2019
YAP-la Mədəniyyət Nazirliyi arasında birgə Fəaliyyət Planına dair kommunike imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info