“The Daily Beast”: “Almaniya Rusiyaya Ukraynada müharibə aparmaqda kömək edir”
Tarix: 23.04.2014 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Krım böhranı zamanı Rusiya bütün dünyanı öz xüsusi bölmələrinin hazırlığı və təchizatı ilə “şoka saldı”. Rusiya ordusu ilə bağlı bu “radikal mükəmməllikdə” isə alman firmaları iştirak ediblər. Bu barədə “The Daily Beast” yazır. Müxbir Coş Roqin bu məlumatı ABŞ Konqresinin elmi-tədqiqat xidmətinin məruzəsindən və adının çəkilməsini istəməyən amerikan kəşfiyyat xidmətinin üzvündən öyrənib.
Müxbir qeyd edir: “2011-ci ildə alman hərbi podratçısı “Rheinmetall” Rusiyanın cənub-qərbində hərbi fəaliyyət simulyatorları ilə hazırlığa aid tikinti mərkəzi ilə bağlı 140 milyon dollarlıq müqavilə imzalayıb. Güman edilir ki, orada ildə 30 min Rusiya əsgəri məşq edə bilər. “Rheinmetall”, hətta Krıma müdaxilə olandan sonra da bu kontrakta uyğun fəaliyyətini davam etdirib. ABŞ Konqresinin elmi-tədqiqat xidmətinin məlumatına görə, Rusiyanın cənub-qərbindəki Mulinoda yerləşən meydança bundesverdə istifadə olunan meydançaya uyğun layihələndirilib. “Rheinmetall” Rusiya ilə digər müqavilələrin imzalanmasını da planlaşdırıb. Alman şirkətinə bu məsələ ilıə bağlı şərh verilməsi sualı isə cavabsız qalıb.
Amerikan hökumətində bu məsələni qaldıran çoxları narazıdırlar ki, Almaniya Rusiya ilə kontrakta belə yanaşıb. Onları narahat edir ki, bu cür təlimlərin bir hissəsi indi Ukraynada və onun sərhədlərində xüsusi bölmələr tərəfindən tətbiq edilir”.
Roqin Senatın bir neçə yüksək çinli məsləhətçisindən sitat gətirir: “Rusiya ordusunun Ukraynaya aqressiyası zamanı alman şirkətinin bu ordunu dəstəkləməsi və birbaşa onlara təlim keçməsi isə təəssüf doğurur. Amerikan hökuməti NATO-dakı bütün müttəfiqlərimizi Rusiya ilə bütün əlaqələrini kəsməyə çağırmalıdır. Nə qədər ki Rusiya Ukrayna ərazisini Krım da daxil olmaqla, tərk etməyib, ona qarşı belə davranmaq lazımdır”.
“Kapitoli təpəsi”ndə bəziləri bu məsələdə təkcə Almaniyanın fəaliyyətində problem görmürlər. Belə ki, Obama Rusiya ilə münasibətlərin “yenilənməsini” elan edəndən sonra, bir çoxları Rusiya ilə qazanclı müdafiə müqavilələri bağlamağa cəhd edirlər.
O da qeyd edilir ki, Rusiya ordusunun modernləşdirilməsi amerikan kəşfiyyatı üçün gözlənilməz olub. Bu barədə amerikan tərəfinin mövqeyi belə ifadə edilib: “Bizə buna böyük diqqət ayırmaq lazım imiş”. Bu barədə “Brookings Institution”un əməkdaşı Fiona Hill etiraf edib. O deyib: “Siqnallar çoxdan daxil olmuşdu, amma biz onları doğru interpretasiya etməmişik”.
Hazırda müdafiə müəssisələrinin yuxarı rəisləri etiraf edirlər ki, “Rusiya ordusu son illər inqilabi xarakterli dəyişikliyə məruz qalıb”. Burada söhbət təkcə silahlanmanın modernləşməsindən getmir, həm də hərbi doktrinanın dəyişilməsi gündəmdədir. Belə ki, indi Rusiya tez reaksiya verən əla hazırlıqlı xüsusi formalaşmalar aksenti ilə danışır. Həmçinin Rusiya informasiya və kiber müharibələri aparmaq iddiası ilə çıxış edir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Paşinyanın iş yeri yalanları ifşa olunur
12.12.2019
“Qolos Armenii”: “Ermənistan hakimiyyətində özbaşınalıq hökm sürür”
11.12.2019
“Qolos Armenii”: “Ermənistanda siyasi repressiya tuğyan edir”
09.12.2019
Müxalif düşərgədə növbəti qalmaqal: Gültəkin Hacıbəyli müsavatçıları “zombi” adlandırdı
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info