Ələkbər Məmmədov: “Müasir təlim metodlarından istifadə edirik”
Tarix: 23.04.2014 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Vergilər Nazirliyi vergi əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində görülən tədbirlər haqda danışıb. O, nazirliyin tədris mərkəzində bu məsələ ilə bağlı olan yeniliklərdən də söz açıb: “Vergi əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün nəzərdə tutulmuş vəzifələrin icrasının mənbəyi vergi orqanlarında insan resurslarının inkişafıdır. Bu məqsədlə təsdiq olunmuş konsepsiyanın əsas istiqamətlərini 5 qrupda birləşdirmək olar: təbliğat, təlim, qiymətləndirmə, həvəsləndirmə və insan resurslarının informasiya bazasının yaradılması.
Vergilər Nazirliyinin tədris konsepsiyasının əsas məqsədi vergi orqanları əməkdaşlarına vergilər sahəsində qəbul edilmiş qanunların öyrədilməsi, onlara texniki vasitələrlə iş vərdişlərinin mənimsədilməsi, nazirliyin strateji məqsədlərinin başa düşülməsi və qavranılması, xüsusi peşə mədəniyyətinin və davranış qaydalarının qəbul edilməsindən ibarətdir. Bu məqsədlə yaradılan Vergilər Nazirliyinin Tədris Mərkəzində işə yeni qəbul edilən stajçı əməkdaşlar, mütəxəssislər, orta, böyük və baş menecerlərdən ibarət təlim və tədris qruplarına ənənəvi, distant və kombinə edilmiş təlim formalarından istifadə olunmaqla ilkin hazırlıq, ixtisasartırma kursları və qısamüddətli təlimlər keçilir”.
Nazir müşaviri ötən tədris ilində 23 qısamüddətli təlim, 3 ilkin hazırlıq kursu və 28 ixtisasartırma kursu aparılmış, vergi orqanı əməkdaşlarının təxminən 50%-i (1207 nəfər) tədris prosesinə cəlb olunduğunu xatırladıb: “Tədrisin keyfiyyət göstəricilərində də artım müşahidə olunmaqdadır. Əksər inkişaf etmiş ölkələrdə, o cümlədən Avropadaxili Vergi Administrasiyaları Təşkilatına üzv ölkələrin vergi orqanlarında il ərzində bir vergi işçisi üçün 5 günlük təlim məqbul hədd kimi götürülür. Ötən il ölkəmizin hər vergi əməkdaşına düşən təlim günlərinin sayı 4,6 adam-gün oldu. Müqayisə üçün qeyd edək ki, həmin göstərici 2011-ci ildə 3,2 adam-gün, 2012-ci ildə isə 3,7 adam-gün olub. Tədrisin təşkilində yeni təlim metodlarından istifadə edilməsi və biliklərin qiymətləndirilməsində yeni texnologiyaların tətbiqi keyfiyyətin yüksəlməsinə öz təsirini göstərib. Təlim prosesinin daha yaradıcı və səmərəli olması üçün müasir təlim metodlarından olan işgüzar oyunlar, konkret halların təhlili, kollektiv müzakirələr, «Open space» və «World cafe» geniş istifadə edilir, təlimçilərin bu metodlardan istifadə etmək qabiliyyətlərinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görülür. Vergilər Nazirliyində həyata keçirilən təlim proseslərində əməkdaşların peşəkar qabiliyyətlərinin yüksəldilməsi ilə yanaşı, işgüzar ünsiyyət etikası, nitq mədəniyyəti və etik davranış qaydalarının mənimsənilməsinə xüsusi diqqət yetirilir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info