Qadın sahibkarlığının inkişafına dəstək verilir
Tarix: 23.04.2014 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən rayonda “Qadın sahibkarlığı: kiçik biznesi necə qurmalı” mövzusunda təlim təşkil olunub

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu bu ilin yanvar ayından etibarən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Qadın İştirakçılığı Proqramı çərçivəsində Kounterpart İnterneşnl təşkilatının maliyyə dəstəyi ilə “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması” layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların məşğulluq səviyyəsinin gucləndirilməsi və bu məqsədlə müvafiq imkan və şəraitin formalaşdırılmasına yardım göstərməkdir.
Layihə çərçivəsində regionlarda ictimai müzakirələr, dialoqlar, təlimlər, məktəblərdə müəllim, şagird və valideynlərlə görüşlər keçiriləcək. Eyni zamanda qadın sahibkarlı üçün şərait və imkanların genişləndirilməsinə yardım göstərmək üçün siyasət sənədi hazırlanacaq.
Layihə ümumilikdə 17 ay ərzində həyata keçiriləcək və 4 rayonu əhatə edəcək
Layihə çərçivəsində ilk silsilə tədbirlər İsmayıllı rayonunda keçirilib. 17 aprel 2014-cü il tarixdə İsmayıllı şəhər 1 saylı orta məktəbdə 8-11 sinif şagirdləri və məktəbin müəllim kollektivi ilə görüş keçirilib. Görüşdə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, İsmayıllı rayon icra hakimiyyəti və təhsil şöbəsinin rəsmiləri, layihə ekspertləri iştirak ediblər.
Görüşdə xanım şagirdlərə təhslilin, xüsusən peşə təhsilinin vacibliyi barədə məlumat verilib. Azərbaycanda xanımların əldə etdikləri naliyyətlər, lider xanımların həyatından misallar, uğur hekayələri xanım şagirdlərin diqqətinə çatdırılıb. Layihə ekspertləri bu nümunələrlə xanım şagirdlərə karyera, uğur qazanılması üçün təhsilin xüsusi önəmini, vacibliyini anladıbalr. Təhsil almaq hüquqları, bununla bağlı valideynlərin məsuliyyəti və vəzifələri, xanım şagirdləri təhsildən yayındırmağa çalışanların məsuliyyəti barədə məlumat verilib. Həmçinin, erkən nikahların ziyanı, bununla bağlı məsuliyyət barədə bilgilər verilib.
Həmin gün həmçinin rayonda təhsil alan gənc qızlar, qadın təşkilatları, icmalarda fəaliyyət göstərən qadınlar, özəl sektor, dövlət orqanları yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin iştitakı ilə “Qadın sahibkarlığı və qadın məşğulluğu” mövzusunda ictimai dinləmə keçirilib. İctimai dinləmədə İsmayıllı rayonunda qadın sahibkarlığının inkişaf perspektivləri, qadın məşğulluğu ilə bağlı problemlər və onların həlli yolları müzakirə edilib.
18-19 aprel 2014-cü il tarixdə isə “Qadın sahibkarlığı: kiçik biznesi necə qurmalı” mövzusunda təlim keçirilib. “Konstitusiya” Araşdırmalar Fodnunun prezidenti Əliməmməd Nuriyev və İsmayıllı rayon icra hakimiyyətinin başçısının müavini Sevil Əhəmədova iştirakçıları salamlayıb.
Təlimin birinci günü “ Sahibkarlığın hüquqi əsasları” mövzusuna həsr olunub. Təlimdə iştirakçılara fərdi sahibkarlıq, hüquqi şəxs yaradılması, vergilər, müqavilələr, sahibkarlıq fəaıiyyətini tənzimləyən qanunvercilik barədə məlumatlar verilib.
Təlimin ikinci gününü “Sahibkarlıq – kiçik və orta biznesin idarə olunmasında əsas prinsiplər” mövzusuna həsr edilib. İşirakçılara biznes, marketinq planın hazırlanması, biznes kredirlər barədə bilik və bacarıqlar öyrədilib. Biznes planın hazırlanması üçün qrup oyunları keçirilib. Qrup iştirakçıları biznes plan hazırlanması ilə bağlı tapşırıqları yerinə yetiriblər.
Təlimin sonunda iştirakçıların fikirləri dinlənilib və onların sualları cavablandırılıb.





 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Türkiyənin keçmiş Baş Qərargah rəisi vəfat edib
21.11.2019
Gürcüstanda ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb
21.11.2019
Ər-Riyad ABŞ-ın İrana qarşı sanksiyaların bərpasını alqışlayır
21.11.2019
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
20.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info