Çempionlar Liqasında görünməmiş hadisə
Tarix: 24.04.2014 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Çempionlar Liqasının baş tutan “Atletiko” - “Çelsi” oyununda maraqlı hadisə baş verib. Bu qarşılaşmada London klubunun üç qapıçısı matçın iştirakçısı olub. Məsələ burasındadır ki, bu görüşdə “Çelsi”nin şərəfini qoruyan Peter Çex 18-ci dəqiqədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Bu zaman onun yerinə Mark Şvartser
oyuna girib.

Lakin bu halda da meydanda “Çelsi”nin iki qapıçısı olub. İcarə qaydasında “Atletiko”nun qapısını qoruyan Tibo Kurtua da müqavilə ilə London klubuna məxsusdur. Beləliklə, Kurtua da daxil olmaqla, “Çelsi”yə məxsus olan üç qapıçı qarşılaşmanın iştirakçısına çevriliblər. Qeyd edək ki, London təmsilçisi Çempionlar Liqasının ilk yarımfinal oyununda zədələnən iki aparıcı futbolçusunun xidmətindən məhrum olub. Madriddəki qarşılaşmada zədə aldığı üçün əvəzlənən qapıçı Petr Çex və kapitan Con Terrinin durumlarına aydınlıq gəlib. Müayinə nəticəsində onların hər ikisinin zədəsinin ciddiliyi aşkarlanıb. “Çelsi”nin baş məşqçisi Joze Mourinyo çiynindən xəsarət alan Çexin bərpa prosesinin 1 aydan çox çəkəcəyini açıqlayıb. Bu isə çexiyalı üçün mövsümün başa çatması deməkdir. Terri də “Atletiko” ilə cavab oyununu və İngiltərə Premyer Liqasının son matçlarını buraxacaq. Lakin Conun cari mövsüm meydana çıxması da mümkündür. Bunun üçün londonlular Çempionlar Liqasının finalına yüksəlməlidir. Çünki Terri yalnız mayın 24-də baş tutacaq görüşə hazır ola biləcək.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Bakı Alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına ev sahibliyi edəcək
14.11.2019
Avropa kuboku: “Vüqar Həşimov” klubu 4-cü turu da qələbə ilə başa vurub
13.11.2019
“El-Klasiko“nun vaxtı açıqlandı
13.11.2019
Ronaldinyo “Barcelona“ya qayıdır
13.11.2019
“Ramos çox kobud futbolçudur“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info