“Tert.am”: “Ermənistanın xarici borcu 4 milyard dolları keçib”
Tarix: 24.04.2014 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Qrant Baqratyan: “Dövlət borcunun 4 milyard dolları keçməsi Ermənistan iqtisadiyyatının çox pis vəziyyətdə olmasını təsdiqləyir”
Artur Arakelyan: “Son bir il ərzində kiçik və orta biznes sektorunda 1500 kiçik müəssisə bağlanıb”

“Ermənistan Mərkəzi Bankı ölkənin maliyyə vəziyyəti ilə bağlı rəsmi məlumat yayıb. Həmin məlumatdan belə aydın olur ki, ölkənin 2013-cü il üçün dövlət borcu 4,4 faiz artaraq 4 milyarddan bir qədər artıq olub. Bu fakt bir daha təsdiqləyir ki, Ermənistanın maliyyə vəziyyəti
çox ağırdır”.

Bu məlumatı “Tert.am” saytı yayıb. Həmin xəbərdə qeyd edilir ki, maliyyə vəziyyətinin çıxılmaz olması səbəbindən heç kim maliyyə naziri postunda işləmək istəmir. Maliyyə nazirinin müavini Pavel Səfəryan isə açıqlamasında ölkənin borcu durumunun o qədər də yaxşı vəziyyətdə olmadığını etiraf etsə də, nazir təyinatını bununla əlaqələndirməyib: “Borcun çox olması o demək deyil ki, yeni nazir dövlətin borcunu öz cibindən ödəyəcək. Dövlət borcunu qrafikə uyğun olaraq ödəməkdədir”. Keçmiş baş nazir, hazırda parlamentin üzvü olan Qrant Baqratyan isə “Facebook”dakı ünvanında yazıb ki, dövlət borcunun 4 milyard dolları keçməsi Ermənistan iqtisadiyyatının çox pis vəziyyətdə olmasını təsdiqləyir: “Prezident Sərkisyan deyir ki, ölkədə iqtisadi aktivlik 3,3 faizdir. Bizə vəd olunan iqtisadi artım isə 5,2 faiz idi. Real göstəricilər bu rəqəmlərə uyğun deyil. Cari ilin yanvar-mart ayının göstəricilərinə əsasən iqtisadi aktivlik 3,3 faizdən də az olub. Büdcə və inflyasiya məsələsindəki vəziyyəti də anlamaq olmur. Qiymətlər 4,6 faiz artıb, gəlirlər isə 6,6 faiz. Belə çıxır ki, bizim həyat şəraitimiz 2 faiz yaxşılaşıb. Əslində heç bir yaxşılaşmadan söhbət gedə bilməz. İddia edilir ki, guya Ermənistanın ixracı 02 faiz artıb. Burada da yalan danışırlar. Çünki ixrac-idxal ideksində dollar inflyasiyasını nəzərə almırlar. İqtisadiyyat nazirinin vəzifələrini icra edən şəxs iddia edir ki, Ermənistanda iqtisadi zəifləmənin səbəbi Rusiyadakı pis vəziyyətlə bağlıdır. Belə açıqlamanı ciddi siyasi və iqtisadi səhv hesab edirəm. 4 ay əvvəl baş nazir ölkə iqtisadiyyatındakı zəifləməni qlobal iqtisadi vəziyyətlə əlaqələndirirdi. İndi məlum olur ki, belə deyilmiş, hər şey Rusiyadakı vəziyyətdən asılıdır. Əgər Rusiyada iqtisadi vəziyyət pisdirsə, onda niyə Gömrük İttifaqına üzv olmağa can atırıq? Nə qədər ki, bizdə vəziyyət belə davam edir Rusiya, dünya və Avropa iqtisadiyyatının dağılması ilə bağlı nağılları tez-tez eşidəcəyik”. İqtisadi məsələlər üzrə ekspert olan Artur Arakelyan isə “Çorrord işxanutyan”a açıqlamasında bildirib ki, ölkənin əsas kiçik və orta biznes strukturları pərakəndə və topdansatış ticarət sektorunda cəmləşib. Həmin müəssisələrin 92 faizi kiçik subyektlər sayılır: “Son bir il ərzində həmin sektorda minimum 5 işçisi olan 1500 kiçik ticarət müəssisəsi bağlanıb. Bu fakt onu təsdiqləyir ki, pərakəndə və topdansatış ticarət sektorunda kiçik və orta biznesin rolu məhv olmaqdadır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
10.12.2019
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10.12.2019
Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq
10.12.2019
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10.12.2019
Bakıdan Sumqayıt və Pirşağıya yeni qatarlar işləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Avropada işsizlər ordusu yaranır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info