“Azərbaycan son 20 ildə keçmiş sovet ölkələri arasında tam müstəqil siyasət yeridib”
Tarix: 24.04.2014 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


“Əsrin müqaviləsi” Azərbaycanı
dünyada etibarlı tərəfdaş kimi tanıdıb


“Caspian Energy International Media Group”un 15 illik yubileyi çərçivəsində Bakıda Birinci Beynəlxalq “Caspian Energy Forum-2014” keçirilib. Forumda açılış nitqi ilə çıxış edən energetika naziri Natiq Əliyev bu ilin Azərbaycan və Xəzər regionu ölkələri üçün əlamətdar bir il olduğunu deyib.
Qeyd olunub ki, cari il ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il sentyabrın 20-də Bakıda beynəlxalq neft şirkətləri konsorsiumu ilə imzalanmış “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə “Əsrin Müqaviləsi”nin 20 illik yubileyi təntənəli qeyd ediləcək. Belə bir forumun da məhz “Əsrin Müqaviləsi”nin 20 illik yubileyi çərçivəsində keçirilməsi olduqca əlamətdar bir hadisədir. Nazir deyib ki, Azərbaycan özünün enerji təhlükəsizliyini təmin edib və bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: “Azərbaycan son illərdə qaz hasilatını 30 milyard kubmetrə çatdırıb və bu da olduqca vacib məsələdir. Hasil olunan təbii qaz yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da çıxarılacaq. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsində çıxarılacaq qaz Avropa ölkələrinin mavi yanacağa olan tələbatını ödəyəcək”.

“Azərbaycan özünün enerji təhlükəsizliyini təmin edib və bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”



Forum öz işini sessiyalarla davam etdirib. “Enerji təhlükəsizliyinin təmin olunmasında Avropa İttifaqının Xəzər və Qara dəniz regionları ölkələri ilə qarşılıqlı fəaliyyəti” mövzusunda keçirilən birinci sessiyada neft-qaz, enerji və ekologiya sahələrinin inkişafı məsələsi müzakirə edilir. “Təbii qaz və qeyri-konvensional təbii qaz - XXI əsrin əsas enerji daşıyıcısıdır” və “Xəzərdə kəşfiyyat və hasilatın perspektivləri” mövzularında keçirilən ikinci sessiyada isə qeyri-neft sektorunun inkişafı ilə bağlı müzakirələr aparılıb. Təbirdə, həmçinin Avropanın enerji təhlükəsizliyi, Avratlantik enerji bazarı miqyasında Xəzər enerji resurslarının rəqabətə davamlılığı və perspektivləri, bərpa olunan enerji mənbələri sahəsində innovasiyaların tətbiqi, neft emalı və neft kimyası sənayesinin ekoloji aspektləri məsələlərinə toxunulub. Forumda Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, Xəzər dənizi, Qara dəniz və baltik regionu ölkələrinin dövlət strukturlarının və beynəlxalq şirkətlərin rəhbərləri iştirak ediblər.

“Bu müqavilə Azərbaycanın nüfuzunu yüksəldib”

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxışında deyib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi neft strategiyasının nəticəsində 1994-cü ilin sentyabrında Bakıda imzalanmış “Əsrin müqaviləsi” dünyanın ən iri və bahalı neft müqaviləsi hesab edilir: “Əsrin müqaviləsi”nin əhəmiyyəti özünü həm siyasi, həm də iqtisadi tərəfdən göstərib. Müqavilənin siyasi əhəmiyyəti ondan ibarədir ki, dünyanın aparıcı neft şirkətləri Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyıb və rəsmi Bakı ilə əməkdaşlıq etməyə başlayıblar. Bu müqavilə Azərbaycanı dünyada tanıdıb və nüfuzunu yüksəldib. İqtisadi əhəmiyyət isə ondan ibarətdir ki, ölkəmizdə neft və qaz istehsalı artıb, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üçün şərait yaradılıb. Əgər Azərbaycan 1997-ci ildə 9 milyon ton neft hasil edirdisə, 2010-cu ildə hasilat 51 milyon tona çatıb”.
ARDNŞ-nin vitse-prezidenti diqqətə çatdırıb ki, hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin sulu hissəsindən ayda 2,8 milyon ton neft, 1,1 milyon kubmetr qaz hasil edilir.

Bakı-Tbilisi-Ceyhan kəmərinin illik ötürmə qabiliyyətini artırmaq olar

Xoşbəxt Yusifzadə bildirib ki, Azərbaycanda mənfəət neftinin hasilatı ilbəil artır. Onun sözlərinə görə, həmin vəsait Dövlət Neft Fonduna toplanır: “Həmin vəsait qeyri-neft sektorunun inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilir”. X. Yusifzadə onu da vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tona bərabərdir: “Gələcəkdə bu rəqəmi 60 milyon tona çatdırmaq olar”. “Şahdəniz” yatağından da danışan ARDNŞ rəsmisi bildirib ki, adıçəkilən yataqda 1,2 trilyon kubmetr qaz ehtiyatı mövcuddur. “Şahdəniz” yatağından ümumilikdə 50 milyard kubmetr qaz hasil edilib”. TAP layihəsi üzərində işlərin davam etdirildiyini də bildirən X. Yusifzadə adıçəkilən kəmərin 2018-ci ildə istifadəyə veriləcəyini vurğulayıb.

“Vaşinqton Azərbaycanın reallaşdırmağa çalışdığı layihələri dəstəkləyir”

ABŞ səfiri Riçard Morninqstar çıxışında deyib ki, Azərbaycan son 20 ildə keçmiş sovet ölkələri arasında tam müstəqil siyasət yeridib: “Heç kimin nəzarətində olmayıb. Bu, bizim üçün çox mühüm məsələdir. Yeni enerji layihələri də Azərbaycanın müstəqilliyinə yardım göstərir”. Səfir deyib ki, Azərbaycan təkcə ənənəvi deyil, həm də alternativ enerji mənbələrinin inkişafına da ciddi diqqət yetirir ki, bu da müasir dünyada ən mühüm məsələlərdən biridir. Səfir bildirib ki, ABŞ hər zaman Azərbaycan ilə alternativ enerji sahəsində əməkdaşlıq etməyə hazırdır. Külək və günəş enerjisindən faydalanmaq üçün Abşeron yarımadasında münbit şərait var. Azərbaycan ilə ABŞ-ın enerji ixracı sahəsindəki əməkdaşlıq məsələlərinə toxunan səfir qeyd edib ki, rəsmi Vaşinqton Azərbaycanın Avropa İttifaqına daxil olan ölkələrə qaz ixrac etmək niyyətini və bunun üçün reallaşdırmağa çalışdığı layihələri dəstəkləyir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
Yunanıstanın Samos adasında miqrantlar meşədə müvəqqəti evlər inşa edir
23.11.2019
Mehriban Əliyevanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub
23.11.2019
Prezident İlham Əliyev dekabrın 20-də rusiyalı həmkarı ilə görüşəcək
23.11.2019
Baş Nazir Əli Əsədov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının Şərq Tərəfdaşlığı İnvestisiya Sammitində iştirak edib
22.11.2019
Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq“ ordenini təqdim edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info